Azərbaycanın ən yaşlı seçicisinin neçə yaşı var?

"Azərbaycanın ən yaşlı seçicisinin 123 yaşı var".

Maraqlı1 dəq oxu
Azərbaycanın ən yaşlı seçicisinin neçə yaşı var?

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib ki, ölkədə ən yaşlı seçicisi Ağdaş rayon sakini, 1900-cü il təvəllüdlü Nəbiyeva Bari Şamı qızıdır.

Gent.az xəbər verir ki, MSK sədri bildirib ki, ən yaşlı kişi seçici isə 108 yaşındadır: "Həmin şəxs isə 1915-ci il təvəllüdlü İbrahimov Hilal İsa oğludur".

Qeyd edək ki, seçki qanunvericiliyinin tələblərinə əsasən bu ilin yanvarın əvvəllərindən etibarən ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsinə start verilib, ardıcıl, sistemli və intensiv şəkildə aparılan genişmiqyaslı və əhatəli prosesdən sonra cari il üçün seçici siyahılarının hazırlanması başa çatıb.(report.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan