Orta əsrdən etibarən 50 yaşında müşahidə edilən hipertrikoz, altı yaşından etibarən Lalit Patidarda bütün bədəndə əlamətlər göstərməyə başlayıb.
Onun vücudu tüklərlə örtülüb.
Gent.az xəbər verir ki, Lalit Patidar, yaşadığı bütün çətinliklərə baxmayaraq, həyata müsbət baxdığını və hazırda uğurlu Youtuber olmaq arzusunda olduğunu bildirib.
"Mən normal ailədənəm. Atam fermerdir və hazırda orta məktəbin 12-ci sinfində oxuyuram. Mən də atama əkinçilik işində kömək edirəm.
"Bədənimdə ilk dəfə heç kimdə olamdığı kimi tüklərin uzandığını o hiss edəndə öyrəndim ki, hipertrikoz deyilən bir xəstəlik var. Bu, nadir idi və bildiyimə görə, dünyada yalnız əlli insan bu xəstəliyin təsirinə məruz qalıb.
Müalicəsi yoxdur, tüklərin çox uzandığını hiss edəndə kəsdim. Kəssəm də saç kimi uzanmağa davam edir. Başqa çarəm yoxdur. İnanıram ki, əlac tapılacaq.(big.az)