Məşhur bolqarıstanlı öncəgörücü Vanqanın illərlə gizlədilmiş əl yazısı tapılıb.
Gent.az xəbər verir ki, həmin əlyazmada Vanqanın bir sıra kəhanətləri yer alıb.
Uğurun evdən getdiyini hiss edirsinizsə, evinizdəki bütün pəncərələrin kənarına duz səpin. Uğur gələnə kimi silməyin. Duzu yığışdırdıqda, əli duza vurmadan silib, bir paketə yığaraq evdən uzaqda basdırmaq lazımdır.
1. Sağ ayağınız harasa ilişərsə, xoş olmayan bir şeyə işarədir. Bundan uzaq olmaq üçün ayağı 3 dəfə yerə vurub "mənə gələn bəd hadisə torpağa çök, əl çək məndən" demək lazımdır. Yox əgər sol ayağınız ilişibsə, yaxşı və xoş işin olacağından xəbər verir.
2. Evdə güzgü sınıbsa, arzu olunmaz hadisə olmasın deyə, üzərinə su səpin yığıb torpaqda basdırın.
3. Güzgü asılmış otaqda kimsə illərlə xəstə yatıbsa, ya dava-dalaş olubsa, yaxud xoşa gəlməz hadisə baş veribsə, güzgünü kilsə suyu ilə silmək məsləhətdir.
4. Çöldə əl açıb dilənən insanlara heç vaxt çörək və duz aldığınız pulun qalığından verməyin, yoxsa siz də lüt-üryan qalarsınız. Həmçinin pul qabındakı son qəpiyi heç kimə verməyin. Yoxsa qəpiksiz qalarsınız.
4. Təzə pul qabı aldıqda ilk olaraq ora bir müddət qızıl əşya qoyun. O zaman əlinizə daim böyük pullar gələcək. Həmçinin nanə yarpağı və darçın da pull qabının dolmasına işarədir.
5. Pulun sizdən qaçmaması üçün pulu heç vaxt əlinizdə bürmələməyin. Həmçinin pul yığdığınız qabı açıb pulları saymaq məsləhət deyil.
6. Yığılan pullar çantanızdadırsa, onları hələ xərcləmək fikriniz yoxdursa, çantanı evdə yerə tullamayın.
7. Xoşa gəlməyən şeylərdən uzaq olmaq üçün bunları edin:
Rəngli parça götürün, içinə evdə artıq köhnə qırıntı şeylərini yığın (köhnə düymə, qaşlar, qələm və.s). Bundan əlavə daş, qoza, ağac qırıntısı qabığı yığın, harasa insan olmayan yerə gedin. Yığdıqlarınızı bir palçıq olan yerə yarım metrlik dairə kimi düzün. Həmçinin parçanı və içindəkiləri də bura düzün. Üzərinə torpaq səpin ki, bütün çətinliklər, ağırlıqlar, uğursuzluqlar hamısı torpağın altında qalsın.
8. Yaxşı iş tapmaq üçün təzə ay çıxanda bir vərəqə hansı işi və hansı məbləği istəyirsinizsə, yazın, sonra bu kağızı xırdalayın, əzilmiş dəfnə yarpağı ilə qarışdırın, tavada, ya metal sinidə, ya da palçıqdan hazırlanmış kasada yandırın. Bütün hamısı yanıb gül olduqdan sonra bir pul götürün, içinə külləri töküb, büküb pul qabında talisman kimi saxlayın.
9. Əllə stolun üstündən çörək qırıntılarını təmizləməyin. Həmçinin stolu kağızla silməyin. Bu yoxsulluğun əlamətidir. Yığılan çörək qırıntılarını quşlara tökmək məsləhətlidir.
10. Həmişə uğurlu şeylərlə qarşılaşmaq üçün özünüzlə parabüzən böcəyinin təsvirini, ya onun parça üzərində işlənmiş (muncuqla hörülmüş, saç sancağı və.s) saxlayın. Həmçinin parabüzənin şəkilini işdə çay içdiyiniz fincana vurmaq məsləhətlidir. (publika.az)