Alimlər evli və subay insanların fiziki və psixi sağlamlığını araşdırıblar.
Gent.az xəbər verir ki, araşdırmalar nəticəsində subay insanların evli insanlar qədər, hətta bəzən evlilərdən daha çox xoşbəxt olduqları məlum olub. Kaliforniya Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, evliliyin uzunmüddətli rifahı yaxşılaşdırdığına dair “az dəlil” var.
İntihar, depressiya, tənhalıq, fiziki sağlamlıq və xoşbəxtliklə bağlı araşdırma nəticələrini nəzərdən keçirdikdə nəticələr dəyişir. Kütləvi tədqiqatlarda subay insanların, ümumiyyətlə, evli olanlarla oxşar xoşbəxtlik dərəcələrinə sahib olduqları görünür.
Tədqiqatda evlənmənin sağlamlıq və ya rifahda davamlı yaxşılaşma təmin etməsinə dair az dəlil var. Əslində həyat tərzi nəzərə alındıqda subayların yaşadıqları həyatla daha xoşbəxt ola biləcəyi müəyyən edilmişdir.