ABŞ-da insanların göz yaşlarından istifadə edərək “Fireball” brendi altında viski yaratmaq planları açıqlanıb.
Gent.az “The Spirits Business”a istinadən xəbər verir ki, “Fireball” viskisi istehsal edən şirkət Amerika futbol oyunlarına gələn azarkeşlərin göz yaşlarını toplamaq niyyətindədirlər. Bunun üçün şirkət əməkdaşları oyunların keçirildiyi stadionlarda dayanacaq və uduzan komandanın ağlayan azarkeşlərinin göz yaşlarını onlara verməyə təşviq edəcəklər.
“Fireball”un qlobal brend direktoru Denni Suiç qeyd edib ki, pərəstişkarlarının göz yaşlarını viskiyə qatmazdan əvvəl onlar sterilizasiya və distillə prosedurundan keçəcəklər. Brendin yeni məhsulunun növbəti Milli Futbol Liqası mövsümü üçün buraxılması planlaşdırılır.