Yeniyetmələr üçün kolleksiyanı düşərgə iştirakçıları olan qızlar tərəfindən təqdim edildi və sonda Gülnarə Xəlilova tərəfindən qızlara hədiyyə olundu.
Gent.az xəbər verir ki, açılışda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. 100 nəfər qızın iştirakı ilə keçirilən düşərgənin son günündə uşaqlar Dövlət Komitəsinin sədri Bahar Muradova ilə görüşüb, rəqslər və rəsm sərgisi təqdim olunub, ağacəkmə aksiyası kecirilib. Sonda düşərgə iştirakçıları sertifikat ilə təltif edilib.
Qeyd edək ki, qızların asudə vaxtının səmərəli təşkili, ictimai fəallığın artırılması, eləcə də, liderlik keyfiyyətlərinin formalaşmasına dəstək məqsədini daşıyan yay düşərgəsində müxtəlif mövzularda təlim, ekskursiya, əyləncəli oyunlar, musiqili və film gecələri keçirilib. Bununla
yanaşı, iştirakçıların Azərbaycanın tanınmış, öz fəaliyyətində nailiyyətlər əldə etmiş simaları ilə görüşləri təşkil olunub.