Gülnarə Xəlilovanın "Kolaj" kolleksiyası oktyabrın 19-da Qazaxıstanın Aktau şəhərində keçiriləcək "Tengrii Fashion Week Kazakhstan" çərçivəsində təqdim olunacaq.
Gent.az xəbər verir ki, kolleksiyalarını Qazaxıstan, Türkmənistan və Özbəkistandan olan türk dünyasının dizaynerləri də təqdim edəcəklər. Gülnarə Xəlilova-Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktorudur.
Kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiya və digər ölkələrdə moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.