Kosmos indiyədək çoxlu sual yaradır, lakin ötən ildən bəri, alimlərdən başqa kinosənayesinin işçiləri də onun barəsində danışmağa başladılar.
Tom Kruz və rejissor Daq Layman “NASA” və “SpaceX”lə birgə 200 milyon dollar qiymətində kosmosda macəra ekşn filmi çəkəcəklər. Yeri gəlmişkən Rusiya isə 2021-ci ildə Beynəlxalq Kosmik Stansiyada (BKS) “Çağırış” filmini çəkəcək.
Bu layihələrin hamısı gələcəyə planlaşdırılıb və yaxın zamanlarda biz onları ekranlarda görməyəcəyik. Lakin hal-hazırda kosmik fəzanın əsl çəkilişini aparan entuziastlar var. Söhbət Feliks Lajeness və Tom Rafaeldən – 2019-ci ildən öz VR-studiyalarını işə salan kanadalı kinematoqrafçılardan gedir.
Orada açıq kosmosda kamera ilə çəkilən 360-dərəcəlik kadrlar var. Onların artıq 4 seriyalı “Space Explorers: The ISS Experience” adlı VR-serialı da var. Layihə insanı yer səhindən 400 kilometr hündürlükdə yerləşən orbitdə fırlanan kosmik stansiyaya göndərir. Kinematoqrafçılar layihənin büdcəsini gizlədirlər, lakin bilinən odur ki, onun əksəriyyəti kameraların və proqram təminatının alınmasına xərclənib.
Hal-hazırda Feliks və Polun BKS daxilində və xaricində çəkiliş apara bilən bir neçə VR-kamerası var. İlk buraxılışın premyerası 2018-ci ildə baş tutmuşdu. O zaman operatorlar astronavtların necə yaşadığını: laborator eksperimentlərdən və mürəkkəb məsələlərdən tutmuş açıq fəzada necə qida qəbul etdiklərindək hər şeyi lentə almışdılar.
P.Rafaelin sözlərinə görə, astronavtlar bütün yaradıcı prosesin böyük və ən mühüm hissəsi oldu. Çünki heç kim onları studiyadan idarə edə bilmirdi, astronavtlar özləri kadrları qeyd edir və lazım olan səhnələri hazırlayırdılar.
Bu yay isə Feliks və Tom astronavtlarla açıq kosmosa çıxdıqları zaman əməkdaşlıq edəcəklər. Çəkilişlər stansiyanın xaricində beş gün davam edəcək. Səbirsizlilə bu kadrları gözləyək!