12.000 kvadrat metrlik füsünkar bağlarla əhatə olunmuş "Swissotel Büyük Efes" İzmir şəhərində yerləşən 5 ulduzlu lüks hoteldir və şəhərin biznes mərkəzinə, həmçinin Türk Egey dənizindəki Kordon gəzinti yoluna panoramik görüntü açır.
Hotel Arxeologiya Muzeyinə, Biznes Mərkəzinə və İzmir Mədəniyyət Parkına yaxın məsafədə yerləşir. Adnan Menderes adına Beynəlxalq Hava Limanı hoteldən 15 kilometrlik məsafədə yerləşir və oraya avtomobillə 20 dəqiqəlik yol var. "Swissôtel Büyük Efes" qonaqlara 55 zərif dizaynlı suit də daxil olmaqla 402 lüks otaq təklif edir.
Tanınmış kolumbiyalı rəssam Fernando Boteronun "Atlı adam" heykəli otelin girişində yerləşir. Burada həm yeni yetişməkdə olan türk rəssamların, həm də Rabarama, Lorenzo Quinn, Mayq Berq və Antoni Qormli kimi məşhurların 800-dən çox əl işindən ibarət kolleksiya ilə tanış ola bilərsiniz.
"Swissotel Büyük Efes" müxtəlif restoranlarında ənənəvi türk və müasir mətbəxin geniş çeşidlərini sizə təklif edir. Türk və İsveçrə mətbəxinin təamlarını təqdim edən "Swiss Cafe" səhər yeməyi, nahar və bazar günləri səhər yeməyi üçün xidmətinizdədir. "Equinox" isə qonaqların İzmir Körfəzinin heyrətamiz panoramik mənzərəsindən zövq alaraq müasir üslubda ət və balıq yeməklərindən həzz ala biləcəyi eleqant bir restorandır.
"Equinox"un yaxınlığında yerləşən "Sky Bar" müştərilərinəən müasir zövqlərə uyğun kokteyllər təklif edir. Qapalı və açıq havada yerləşən "Aquarium Mezzes & Grill" qonaqlarını həftənin iki günü canlı musiqinin müşayiəti ilə ləziz qəlyanaltılar və dadlı qril yeməkləri ilə qonaqlarının xidmətindədir.
"Swissotel Büyük Efes"də yerləşən Büyük Efes Konfrans Mərkəzi isə istənilən görüş, konfrans və ya tədbirləri keçirmək üçün ideal şərait təklif edir. Burada ən müasir texnologiya və avadanlıqlardan istifadə olunub. 19 konfrans zalı arasında çoxfunksiyalı sərgi zalı və möhtəşəm bal zalını da vurğulamağa dəyər.
5500 kvadrat metrdən çox ərazisi olan Pürovel Spa & Sport sizə eleqant və müasir şəraitdə sağlam həyat tərzi sürmək üçün Alp dağlarından ilhamlanmış həllər təklif edir. Buraya 4 müalicə otağı, cütlüklər üçün "wellness suite", hidroterapiya otağı, solaryum, istirahət otağı, türk hamamı, buxar otağı, sauna, cakkuzi, bağlı və açıq hovuzlar, pilates studiyaları, qrupla fitness dərsləri, fərdi təlim və tennis meydançası daxildir.
Swissotel Hindistan, Afrika, Türkiyə və Yaxın Şərqdə 420-dən çox hoteli ilə dünyanın aparıcı hotel şirkəti olan "Accor"un bir hissəsidir. "Accor IMEA" qonaqlarını mehmanxanalarda səhər yeməyi ilə birlikdə yerləşdirmək üçün 30%-dək endirimi özündə əks etdirən eksklüziv yay təklifini elan edib. "ALL - Accor Live Limitless" loyallıq proqramının üzvləri 25 may və 15 sentyabr 2022-ci il tarixlərində yerləri bron etməklə 1 iyun və 30 sentyabr 2022-ci il tarixi aralığında burada qalmaq üçün təklifdən yararlana bilərlər.