Dünyada bir çox yerlər var ki, qeyri-adiliyi ilə insanın nitqini qurudur və Kappadokiya onlardan biridir. Vulkanın yaratdığı mənzərələr Türkiyənin bu hissəsini turistlərin sevimli məkanına çevirib.
Hava şarında gəzinti
Kappadokiyanın qayalıq mənzərələri ecazkar görünür və onları bütün möhtəşəmliyi ilə izləməyin ən yaxşı yolu hava şarında gəzintidir. Günəşin ilk şüaları ilə iki yüzə qədər şarın səmaya qalxması gözəlliyi ilə heyran edən inanılmaz rəngarəng görüntüdür. Hava ekskursiyaları səhər sübhdən başlayır və 1-1,5 saat davam edir.
Səyahəti planlayaq
Kappadokiya səyahəti üçün Türkiyənin nüfuzlu Dorak Holdinq şirkətinin otellər şəbəkəsi və tur operatoru ən düzgün seçimdir. Holdinqə daxil olan otellər – Sacred House, DoubleTree by Hilton Avanos – Cappadocia, Uçhisar Kaya Hotel və Göreme Kaya səyahət üçün ideal seçimdir. Dorak Holdinq sizin səyahətinizi təkrarolunmaz və heyrətamiz edəcəkdir. Şirkətə müraciət edərək həm səyahət turum ayarlaya, həm də otellərdən birini seçərək keyfli zaman keçirə bilərsiniz. Daha ətraflı şirkətin saytından məlumat əldə edə bilərsiniz. http://www.doraksales.com/
Sirlər dolu "Sacred House"
Kappadokiyaya getdiyiniz zaman ilk növbədə harada qalacağınızı müəyyən edin. "Sacred House" oteli Ürgüp şəhərinin dar küçələrindən birində yerləşir. 250 yaşı olan bu yunan malikanəsində 22 otaq var. Otelə daxil olduqda buranın tarixi film üçün bir dekorasiya olduğunu düşünürsən.
Qədimi mebel və dünya filosoflarının kitabxanası, heykəllər, sütunlar, şərab zirzəmisi, yeraltı spa və hovuz, lobbi, qış bağı, kaminlər və şamdanlar orta əsr qalasının ab-havasını tamlıqla yaradır. Oteldə beş otaq kateqoriyası var.
Otel uşaqlı qonaqları qəbul etmir və atmosferi pozmamaq üçün otaqlarda televizor yoxdur, lakin simsiz internet var. Otel nömrələrində yataq otaqları və hamamdan başqa, kaminli qonaq otaqları da var.
Ən yüksək kateqoriyalı "King Suites" otağı "Archangel" adlanır. Bu kateqoriyada cəmi iki otaq var: inanılmaz dizayn və pəncərələrdən görünən mənzərə krallara layiqdir!
Daha çox məlumatı otelin saytından əldə edə bilərsiniz: sacredhouse.com.tr
Gəzib seyr etmək
Kappadokiya, ilk növbədə, süxurların tüf və bərkimiş lavadan aşınması nəticəsində yaranmış inanılmaz bir relyefdir. Onu yaxından görməyin əla yolu piyada, kvadrosikl və ya at belində tur sifariş etməkdir. Bir çox marşrut variantları var, ən populyar olanlardan biri isə içində evlər qurulan konusvari qayaları ilə məşhur Göyərçinlik Vadisidir. Siz, həmçinin, Sevgi Vadisinə gedə və ya gözəl sıldırım Balıdərə dərəsini ziyarət edə bilərsiniz.
Zamanla geriyə
Möhkəm tuf kütləsində oyulmuş qayalar unikal görüntü yaradır. Onlardan ən məşhurları iki qaladır: keçidlərlə dolu, hündürlüyü 60 metr olan Uçhisar və eyniadlı kəndin üzərində ucalan, təxminən 100 metrlik monolit - Ortahisar. YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilən Göreme Milli Parkını da mütləq ziyarət etməyə dəyər.
Müasirliyi sevənlər üçün
Nevşehir Avanosda nəhəng dərələrin və "pəri bacaları"nın olduğu Kappadokiyanın mərkəzində yerləşən "DoubleTree by Hilton Avanos - Cappadocia" yüksək səviyyəli rahatlığı, müasir memarlığı və keyfiyyəti ilə qonaqlarını ən gözəl şəkildə qarşılayır.
Burada düz ekran TV, minibar, çay və qəhvə hazırlama imkanı, pulsuz hamam ləvazimatları, geniş və rahat çarpayı, lüks yataq dəsti, anti-allergik yastıqları olan qonaq otaqları, iş səfərləri zamanı istifadə edə biləcəyiniz, tam təchiz olunmuş biznes mərkəzi və işıqlı toplantı zalları, SPA və sağlamlıq mərkəzindəki açıq və qapalı hovuzlar, türk hamamı və sauna xidmətləri, "Precor" brendinə məxsus avadanlıqlarla təchiz olunmuş və gündəlik məşqlər edə biləcəyiniz idman zalı, gözəl dadları və zəngin menyusu ilə qonaqlara unudulmaz anlar yaşadan otel restoranı, yorğunluğunuzu isti və ya sərin içkilərlə ata biləcəyiniz dəbdəbəli lobbi mövcuddur.
Qayalar içində həyat
Kappadokiyanın ruhunu tam duymaq üçün əsl mağaraların içində yerləşən "Uçhisar Kaya Hotel"də qalmağa dəyər. Kappadokiya bölgəsinə yeni nəfəs gətirən və dünyanın ilk qayadan oyulmuş mağara oteli olan "Uçhisar Kaya Hotel" 4 illik detallı tikinti işləri nəticəsində Göyərçinlik Vadisinin qayalarından meydana gəlib. "Uçhisar Kaya Hotel"i xüsusi edən onun hər bir detalının incə işlənməsi və əl əməyi ilə oyma nəticəsində yaradılmış quruluşudur. İşlər zamanı təbii və tarixi fakturanın qorunmasına diqqət yetirilib.
Kappadokiyanın mərkəzində yerləşən "Göreme Kaya" təbii qaya və daşdan hazırlanan arkalı otaqları ilə qonaqlarına rahatlıq gətirir. Terrasında Göyərçinlik Vadisinə və Kappadokiyanın bənzərsiz gözəlliklərinə açılan mənzərəni təqdim edən otelin daxili dekorasiyası ruhunuzu dincəltmək və bölgənin ənənəvi quruluşunu vurğulamaq üçün çox diqqətlə işlənib. Bölgənin ilk butik qaya oteli olan "Göreme Kaya" 32 standart daş otaq, 13 mağara otağı, 6 delüks mağara otağı və 4 lüks mağara otağı ilə qonaqlarına unudulmaz anlar vəd edir.
Kappakodiyaya səyahət etmək imkanını qaçırmayın.