Tarix boyu insanlar ən şad günlərində və hətta döyüş vaxtlarında ziyafət keçirməyi özlərinə borci biliblər.
Sizə bir neçə həm məşhur, həm də qeyri-adi ziyafətlərdən söz açacağıq.
Studiya “54”/ Nyu-York 1977-ci ilin qışından 1978-ci ilin yayınadək
Bu klub restoratorlar Stiv Rubell və Yan Şraqerin əsəridir. Onlar köhnə teatrın binasını icarəyə ötürərək orada, polisin qeyd etdiyi kimi “narkomaniya və fahişəlik ocağı” yaratmışdılar. Bura yalnız gözəl və qeyri-adi insanları buraxırdılar. Hətta məşhur insanlar ora buraxılacağından əmin deyildilər. Qeyd etmək lazımdır ki, feyskontrolda Stiven Rubellin özü dayanırdı.
İçəridə insanı qadağan olunan hər şey gözləyirdi. Rubell çolaq bir evsizi ora buraxdığı halda Madonna kimi məşhur ulduza qapılarını bağlaya bilərdi. Orada tanımadğın insanlarala sekslə məşğul ola bilərdin, göydən “ağ toz” səpələnirdi, dünyanın ən məşhur rok-qrupları burada konsert verirdi. İçkili vəziyyətdə olan Layza Minelli, Ağ atın üstündə gəzən Mik Caqqerin həyat yoldaşı, Orgiyalar üçün şampan şərabı ilə dolu vannalara, brilyantlarla quraşdırılmış bar masası.
Lakin 1978-ci ilə vergi polisi klubu bağlayır. Stiv və Yan isə vergidən yayındıqları üçün dəmir barmaqlıqlar arxasına düşürlər.
Freddi Merkürinin son doğum günü ziyafəti
Əsl adı Fərrux Bülsar olan Freddinin doğum günləri həmişə möhtəşəm keçirdi. Məsələn, Münhendə keçirilən ziyafət zamanı bütün kişilər qadın paltarında, Freddinin özü isə kloun paltarında idi. Londonda isə liftdə qonaqları qızıl rəngə boyanmış çılpaq qadınlar müşaiyət edir, kişi tualetində qadın massajçılar dururdu.
Yeni Orleanda isə striptiz rəqqasələri sfinkterləri ilə siqar çəkir və s...
Lakin sözsüz ki bunlardan ən romantiki İbiza da baş vermişdi. Qızılgül ləçəkləri səpələnmiş qədim qəsr, şampan fəvvarələri, Freddi adında alışan işıqlar və qəmqin Freddi.
Qeyd etmək lazımdır ki, bu doğum günündən bir gün öncə Freddi Merküri QİCS-sə yoluxduğunu bilmişdi. Bundan sonra məşhur müğənni hələ dörd il yaşayacaq lakin artıq doğum günü keçirməyəcək.
Olqanın ziyafətləri/ Rusiya, X-cu əsr
Rus knyaqinyası vaxtı ilə həyat yoldaşını qətl edənləri ziyafətə çağırarmış. İlk dəfə onları böyük qayıqda çiyinlər üzərində knyaqinyanın hüzuruna gətirirlər.
Sonra isə yerdə böyük bir quyu qazıb, qonaqları orada diri-diri basdırırlar. İkinci dəfə o qonaqları hamama dəvət edir. Sonra isə hamamın qapılarını bağlayıb od vurur. Üçüncü dəfə isə düşmənlərin qonaq gəlmək istəmədiyini görən Olqa özü qonaq gedir və ziyafət gedə-gedə düşmənlərini qətl etməyi əmr edir.
“Feysbuk” qonaqları/ Böyük Britaniya, 2010-cu ilin sentyabrı
15 yaşı tamam olan Rebekka Cavelyu öz doğum gününə “Feysbuk” dostlarını və onların yaxınlarını dəvət edir. Nəticədə qızın evinə 21 min insan təşrif buyurur. Qonaqlar gedəndən sonra məktəblinin yaşadığı sakit qəsəbə şüşə qabları və zibil ilə dolur, onun evinin önündə toplaşan kütləni isə polis qovaraq dağıdır.
Su festivalı/ Kamboca, 2010-cu ilin 22 noyabrı
Kambocanın paytaxtı Pnompedə keçirilən su festivalına qatılmaq istəyən 375 insan həlak olur, 755 isə ciddi xəsarətlər alır. Təşkilatçılar bu qədər adamın gələcəyini təxmin etmirdilər. Şounun keçdiyi yerə aparan körpüdə dəhşətli basabas olur. Qonaqların bir hissəsi ayaqlar altında qalaraq əzilir, digərləri isə suya düşərək boğulur.