Piknik üçün yeni ideyalar

Məkanlar2 dəq oxu
Piknik üçün yeni ideyalar

Yaxşı gündə insan çölə çıxıb piknik hazırlamaq istəyir.

Sizə bu istiqamətdə bir neçə ideya təklif edirik

Su qırağında şam yeməyi

Adətən pikniki gün işığında edirlər, bəs axşam tərəfi günbatanı izləmək üçün çay, göl və hətta dəniz qırağına getmək necədir? Sevgilinlə və ya dostlarınla gözəl bir axşam keçir.

Bunun üçün sizə piknik ləvazimatları və bir az işıqlandırma lazımdır. Özünüzlə simsiz lampa və fənər götürün, istirahət yerinə çatdıqda isə ətrafınızda asın.

Botanik bağında macəra

Əgər adi park yerinə botanik bağı seçsəniz pikniki maraqlı tədbirə çevirə bilərsiniz. Dostlarınızla kvest oynaya, bağı gəzə, müxətlif ağacların və güllərin arasında piknik edə bilərsiniz. Sadəcə olaraq əvvəlcədən bağın hansı yerlərində oturmağa icazə verildiyini öyrənin.

Vəssalam.

Evin damında kino seyri

Evin damında kino seyrini pikniklə qatsan möhtəşəm bir miks alınacaq. Bunun üçün sizə portativ kinoproyektor, audiokolonlar və ekran rolunu oynayan ya ağ divar, ya da böyük ağ parça lazımdır. Popkorn və isti paltarı unutmayın, çünki axşam hava soyuya bilər.

Piknik üçün yeni ideyalar — şəkil 1

Meşə gəzintisi

Baxımlı park yerinə vəhşi təbiətə səyahət istirhaət günləri üçün əla seçim ola bilər. Əsas cığırlardan qırağa çıxmağa qorxmayın. Piknik üçün əla yer seçin. Əsas odur ki, ağcaqanad kimi həşəratlara qarşı sprey və digər vasitələri götürməyi unutmayın. Meşədə onların sayı şəhərdən çox olur.

Həyətdə axşam şənliyi

Bir çox insan öz həyətində vaxt keçirməyi nədənsə istirahət saymır. Lakin siz orada dostlarını yığıb əla vaxt keçirə bilərsiniz. Bunun üçün sizə portativ mebel və sınmayan qab-qacaq lazımdır.

Piknik üçün yeni ideyalar — şəkil 2

Qazonda lanç

Biz öyrəşmişik ki, piknik istirahət günlərinə xas bir şeydir.

Bəs yaxşı bunu tək və ya iş yoldaşları ilə birlikdə etməyə sizə nə mane olur? İş günü öz lançınızı mini-pikniklə əvəzləyin.

Skverdə oturub sosial şəbəkələrdən uzaqda kitab oxuyun, quşları müşahidə edin, ya da bitkilərə nəzər yetirin.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan