"Rixos The Palm Dubai Hotel & Suites" sevdikləri ilə bir ömür boyu unutmayacağı xatirələr yaratmaq istəyən hər bir qonağın gözləntilərini qarşılaya bilər.
Türkiyənin əfsanəvi "Rixos Hotels" şirkətinin "hər şey daxil" konsepti uzun müddətdir ki, yüksək səviyyəli qastronomiyanın, rahat interyerdə dəbdəbəli istirahətin, eləcə də boş vaxtı mədəni və idman tədbirlərilə dolduraraq keyfiyyətli şəkildə keçirməyin simvoluna çevrilib. "Rixos" otellərində qalmaq həmişə parlaq emosional həyəcan, azadlıq hissi yaradır və yeni imkanları kəşf etdirir.
2000-ci ildə təsis edildiyi gündən etibarən "Rixos Hotels" premium məkanlarda geniş çeşiddə lüks xidmətləri əhatə edən unikal "hər şey daxil" sistemini yaratmaqdadır və yeni xidmət konsepsiyası ilə planetin hər yerindən qonaqları cəlb edir. Müxtəlif zəngin mətbəxlər, idman fəaliyyətləri, yüksək səviyyəli peşəkarların əyləncə proqramı, immersiv SPA prosedurları - bütün bunlar və daha çoxu "Rixos" otellərinin qonaqlarını gözləyir.
"Rixos The Palm Dubai Hotel & Suites", Əmirliklərin ilk orijinal "hər şey daxil" oteli, məşhur Palma adasının (Palm Jumeirah) "qanadlar"ından birinin kənar nöqtəsində yerləşir. Bu gözəl çimərlik kurortunun lüks otaqlarından əzəmətli göydələnlərə, Dubay Marinasına (Dubai Marina), həmçinin Palma adasının möhtəşəm laqunlarına və müasir memarlıq abidələrinə panoramik mənzərələr açılır. Otelin qonaqları səhər, günorta və axşam açıq olan "A La Turca" və "Turquoise" da daxil olmaqla, 10 restoranda türk qonaqpərvərliyinin ən gözəl şəkildə şahidi olacaqlar.
Həmçinin, mükafatlara layiq görülən "a la carte" restoranlar ən tələbkar qurmanları da razı sala bilər. Üç "a la carte" restoranda qonaqlar italyan mətbəxini, əla dəniz məhsullarını və ya mükəmməl hazırlanmış steyki seçə bilərlər. Desert üçün isə "Patisserie Istanbul"a baş çəkmək olar.
"Rixos"da “xoşbəxt uşaqlar xoşbəxt valideynlər deməkdir” nəzəriyyəsi tam ciddiyyətlə qəbul olunur. Bu yanaşma məşhur "Rixy" uşaq klublarının konsepsiyasında həyata keçirilir. Burada uşaqlar əyləncəni faydalı tədrislə birləşdirə bilərlər. "Rixos The Palm Dubai Hotel & Suites" oteli uşaq klubu sayəsində bütün regionda uşaqlar üçün ən yaxşı otellərdən biri kimi tanınır. Buradakı uşaq meydançasında su sürüşmələri olan hovuz, unikal amfiteatr və hətta "Rixinema" kinoteatrı mövcuddur.
Dörd yaşına qədər uşaqları olan valideynlər balacalar üçün nəzərdə tutulan "Toddler Town's Baby Room"da dincələ bilərlər. Burada analar eyni zamanda həm uşaqları ilə məşğul ola, həm də istirahət edə bilərlər. Uşaqların "Rixy Kid's Club"da olmasını maksimal dərəcədə faydalı etmək üçün əyləncə və tədrisi birləşdirən proqram tərtib edilib. Məsələn, uşaqlar kulinariya seminarları formatında əyləncəli şəkildə aşpazlıq sənətinə yiyələnə və suşi, yaxud pizza hazırlamağı öyrənə bilərlər. Valideynləri də onlara qoşulanda uşaqlar bunu xüsusi şövq və coşquyla edirlər. Növbəti seçim isə uşaqlar üçün KrossFit məşqləridir. Təlimçilər bir neçə məşq mərhələsi qururlar, uşaqlar bu mərhələlərdən keçərək bir-biri ilə yarışır və yeni nailiyyətlərdən həzz alırlar.
Xoşbəxt valideynlər "Highlights Pool Bar", "The Breeze Pool Bar" və ya "I-chill Beach Lounge"da rahatlaşdırıcı içki içməyə layiqdirlər. İçkilərə alternativ olaraq, quruda və suda müxtəlif fəaliyyətlər, o cümlədən suya tullanmaq, cazibə əleyhinə yoqa və sapsörfinq təklif edən "Exclusive Sports Club" idman klubuna getmək olar.
Türkiyənin ən yaxşı sağlamlıq rituallarını təqdim edən "Anjana Spa"ya baş çəkmək keyfiyyətli tətilin ayrılmaz hissəsi olacaq. Burada qonaqlar tam istirahət və rahatlıq lüksunu yaşayacaqlar.
Hoteli bron etmək üçün aşağıdakı linkə keçid etməyiniz kifayətdir.
https://www.rixos.com/ru/hotel-resort/rixos-palm-hotel-suites
Bu unikal imkandan yararlanmaq şansını qaçırmayın.