"Accor" otellər şəbəkəsi Yaxın Şərqdə 140-dan çox şəhərində yerləşən kurort mehmanxanalarında qonaqlama üçün 25% endirim təklif edir.
Burada təbiətlə görüşdən zövq ala, yeni kəşflərin sevincini yaşaya və hüzurdan həzz ala bilərsiniz. Təklifdən yararlanmaq üçün "ALL - Accor Live Limitless" loyallıq proqramının üzvü olmalısınız.
Loyallıq proqramının üzvləri oteldə hər qonaqlama üçün ballar qazanacaqlar. Yığılmış balları barda içkilər və restoranda ailəvi şam yeməyinin ödənişi üçün istifadə etmək olar.
Balları həmçinin kampaniyada iştirak edək otellərdə yer bron etmək üçün, eləcə də "Accor"un qlobal tərəfdaşlarına ödəniş və Limitless Experiencesə daxil olan əyləncə, idman, mədəniyyət, alış-veriş, səyahət və s. kimi müxtəlif sahələr üçün sərf etmək olar.
"All you need" kampaniyası 30 aprel 2022-ci il tarixinədək qədər davam edəcək və "Accor"un Hindistan, Afrika, Türkiyə və Yaxın Şərqdəki otellərində keçərlidir. Aksiyadan iştirak edən loyallıq proqramı üzvləri nəinki 25 %-ə qədər endirim, həmçinin dünyanın istənilən ölkəsində fəaliyyətinə göstərən "Accor" otellərində xərcləyə biləcəyiniz 1 milyon bonus ballar da qazanacaqlar.
Yaxın Şərq ölkəsinə səyahət etməyi planlaşdıranlar "All you need" kampaniyasının iştirakçısı ola bilərlər və regiondakı otellərdən birini seçə bilərlər.
BƏƏ-dən olan loyallıq proqramı iştirakçıları isə "All you need" kampaniyası çərçivəsində "Raffles", "Fairmont", "Sofitel", "Rixos", "Novotel" və "Mercure" kimi brendlərin otellərini seçə bilərlər.
"Raffles the Palm Dubai"
Loyallıq proqramının iştirakçıları Dubayda yeni açılan "Raffles the Palm Dubai" otelində qonaqlaya bilərlər. "Palm Jumeirah" adasının qərb qanadında yerləşən bu otel-saray brendin Dubaydakı ikinci və "Raffles"in Yaxın Şərqdəki ilk kurort otelidir. Burada qonaqlara möhtəşəm otaqlar və suitlər, əla restoran və barlar, 500 metrlik özəl çimərlik və Fransanın məşhur "Cinq Mondes" brendinin spa mərkəzi təklif olunur.
"Matagi" restoranında qonaqlara Yaponiya və İtaliya mətbəxini birləşdirən "itameşi" kimi tanınan müasir fyujyon konsepti təklif edilir. "SOLA" Jazz Lounge isə yalnız yemək və içkilər deyil, həm də canlı musiqi xidməti göstərilir. "Piatti"də isə türk-italyan əsilli brend-aşpaz Batuhan Piattinin Aralıq dənizi yeməklərini dəniz və çimərlik mənzərəsini izləyərək dada bilərsiniz.
"Banyan Tree Doha at La Cigale Mushaireb"
Qətərdə yerləşən "Banyan Tree Doha at La Cigale Mushaireb" otelinin hüzurlu atmosferində ruh və bədən dinclik tapar. Qonaqlar burada qonaqpərvərliyin mənasını yenidən kəşf edə və yaddaqalan anlar yaşaya bilərlər. 24 və 29-cu mərtəbələrin arasında yerləşən "Banyan Tree Doha" restoranı isə xüsusi qeydə layiqdir.
Dənizin, parkın və şəhərin inanılmaz mənzərələri yüksək səviyyəli kulinariya ləzzətləri ilə mükəmməl birləşir. Otelin restoranları beynəlxalq, hind və italyan mətbəxinin yeməklərini təklif edir. "Saffron" isə heyrətamiz Tay klassikləri ilə məşhurdur.
"Fairmont Amman"
İordaniyaya səyahət edən "All you need" kampaniyasının üzvləri Əmmanın beşinci rayonu yaxınlığında, dəbli Abdoun rayonu və qonşu diplomatik məhəllədən piyada məsafədə yerləşən "Fairmont" oteldə qonaqlaya bilərlər. "Fairmont Amman" görkəmli memarlıq və heyrətamiz interyerə malik beşulduzlu lüks oteldir. Burada siz canlandırıcı spa prosedurundan zövg ala, və ya "Nur Lebanase Dining" daxil olmaqla beş restorandan birində nahar edə bilərsiniz.
"Accor"un təklif etdiyi bu endirim kampaniyasından istifadə etmək üçün "www.all.com" saytında rezervasiya etmək və ya 30 aprel 2022-ci il tarixinə qədər otelin qaynar xətti ilə əlaqə saxlamaq lazımdır.
30 aprel 2022-ci il tarixinədək etibarlı olan rezervasiyalar mövcudluqdan asılıdır və yerli vergilər, eləcə də xidmət haqları qiymətə daxil deyil. Üzvlər bütün xərclərə görə xal qazanırlar.
"Accor"un hazırda Yaxın Şərqdə 146 mehmanxanası (41 117 otaq) fəaliyyət göstərir, 91 otel isə (21 170 nömrə) açılmaq üzrədir.
ALL-a necə üzv olmağı öyrənmək üçün bura klikləyin
"ALL YOU NEED" aksiyası haqda məlumat üçün bura klikləyin
ALL-u Instagramda izləyin!
"Accor" haqqında
"Accor" 110 ölkədə 5200-dən çox otel və 10000 restoranı olan dünyanın aparıcı otel şirkətidir. Qrup 40-dan çox otel brendi ilə qonaqlama sənayesində ən böyük inteqrasiya olunmuş ekosistemlərdən biridir. "Accor"un böyük paya sahib olduğu kreativ otel şirkəti "Ennismore" ilə birləşmə brendi innovativ müasir qonaqlama sahəsində liderə çevirdi. Dünyada 260.000-dən çox insan "Accor" şirkətində çalışır. "ALL - Accor Live Limitless" loyallıq proqramından isə əlavə imtiyazlar, bonuslar və xidmətlər əldə edən 68 milyon üzvü var.
1967-ci ildə əsası qoyulan Accor SA-nın baş ofisi Fransada yerləşir və Euronext Paris Fond Birjasında (ISIN kodu: FR0000120404) və ABŞ-da OTC bazarında (Ticker: ACCYY) siyahıya alınmışdır. Əlavə məlumat üçün group.accor.com saytına daxil olun və ya bizi Twitter, Facebook, LinkedIn və Instagram-da izləyin.