Cennifer Lopez filtrlərdən sui-istifadə etdiyi üçün tənqid edilib.
Gent.az xəbər verir ki, ulduz müğənninin "yeni siması"nın əsl sensasiya yaradıb.
Cennifer Lopez həmişə xarici görünüşünə diqqəti ilə tanınıb. O, pəhrizinə ciddi şəkildə riayət edir, qidalanmasına nəzarət edir və mütəmadi olaraq dəriyə qulluq prosedurlarından keçir. Müğənni və aktrisa kimi uğurlu karyerasından əlavə, o, həm də stil ikonası hesab olunur. 55 yaşında o qədər gözəl görünür ki, çoxları deyir: "Onun 30 yaşı var"..
Lakin onun filtrlərlə şəkil çəkdirməsi etiraz yaradıb, onu başqa qadına bənzədiblər.
Bu, Lopezin filtrlərdən həddən artıq istifadə etməkdə ittiham olunduğu ilk hal deyil. MET Gala-dakı çıxışlarının birində fotoqraflar müğənnini təbii qırışları ilə çəkiblər. Şəkillər onun sosial şəbəkələrdə paylaşdıqlarından çox fərqli idi. Tənqidlərə baxmayaraq, Lopez filtrlərlə fotolar yayımlamağa davam edir. O, öz üslubuna sadiq qalır və geniş auditoriyanın dəstəyini alır.