Son zamanlar maddi sıxıntıları ilə gündəmə gələn məşhur ulduz Keti Prays 10 il əvvəl aldığı və saxlamaqda çətinlik çəkdiyi məşhur “çirkli” malikanəsini də satıb.
Gent.az -ın xarici mediaya istinadən xəbərinə görə, borcu sözün əsl mənasında gücündən artıq olan ulduz bu satışdan bir qəpik də almayacaq.
Bu arada sözügedən malikanənin bağçasındakı dəbdəbəli avtomobillər ötən il ulduzun borcu müqabilində məhkəmə icraçıları tərəfindən götürülüb.
Etdiyi plastik əməliyyatlarla tez-tez gündəmə gələn 46 yaşlı Keti Prays ays çirkli və baxımsızlığı ilə məşhur olan malikanəsini 1,5 milyon dollara satıb.
Amma o bu satışdan bir qəpik də qazanc əldə etməyib, bütün pulu vergi borclarına verəcək.