Müğənni Nura Surinin ABŞ-da yaşayan oğlu yanğınla əlaqədar təxliyə olunub.
Gent.az xəbər verir ki, bununla bağlı müğənni sosial şəbəkə hesabında bildirib.
Sənətçi həmin paylaşımda, "Los-Ancelesdəki yanğın böyük oğlumun evinə yaxınlaşır. Həyəcandan yatmamışam", deyə qeyd edib. Sonra isə o, izləyicilərinin suallarına cavab olaraq, artıq oğlunun təxliyə olunduğunu deyib.
Qeyd edək ki, müğənninin iki oğlu ABŞ-da yaşayır. ABŞ-ın Kaliforniya ştatında yanğınlar yanvarın 7-dən başlayıb. Nəticədə insanlar evlərindən təxliyə olunub, çoxsaylı ölkələr buradakı konsulluqlarını bağlayıb.