İdealda insan sutka ərzində 7 və daha çox saat yatmalıdır.
Lakin tədqiqatlar hər üçüncü kişi 7 saatdan az yatır.
Əgər sizdə bu problemdən əziyyət çəkirsinizsə, sizə yuxunuzu daha bərkləşdirəcək bir sıra məshulu təqdim edirik.
Araxis yağı
Seratonin – yuxunun keyfiyyətini yaxşılaşdıran neyromediatordur. Sənin beynin araxis yağında olan triptofanı rahat şəkildə seratoninə çevirir.
Əmması odur ki, triptofan karbohidratlarla daha yaxşı həzm edilir. Ona görə də araxis yağını buğda bulkası və bir stəkan süd ilə yemək məsləhətlidir.
Toyuq yumurtası
Araxis yağı kimi bu yumurtalarda böyük miqdarda triptofan mövcuddur. Çörəkl yeyilən yumurta sənə yaxşı yuxu bəxş edir. Amma yumurtaları qızartmaq yox, bişirmək daha səmərəlidir.
Gilas şirəsi
ABŞ-ın NCBİ agentliyinin apardığı tədqiqat nəticəsində məlim olub ki, gündə iki dəfə gilas şirəsi içmək yuxunun davamiyyətini 84 dəqiqəyədək uzada bilər.
Qeyd edilən triptofandan başqa bu şirədə həmçinin tirptofanın parçalanmasınının qarşısını alan B-2 prosianidini mövcuddur.
Kivi
“Healthlife” dərgisinin məlumatına əsasn, nahardan öncə iki kivi yemək daha tez yatmağa və bütün gecəni durmamağa kömək edir.
Bu əsl vitamin bombasıdır: kividə C vitamini, iltihab proseslərini yavaşladan karatinoidlər və xolesterin səviyyəsini aşağı salan qida toxumaları var.
Qırmızı balıq
Düzdür, alıqda triptofan yoxdur, lakin başqa xeyirli maddələr var: maqnium, sink, kalsium və kalium. Altı ay ərzində həftədə 3 dəfə qızılbalıq yemək, başqa ət növləri müqayisədə yuxunu daha tez və səmərəli şəkildə gücləndirir.