Bayramı yasa çevirməmək üçün yığılan artıqlardan tez qurtulmaq istətəyənlər hərəkətə keçməlidirlər.
Özü də sözün hər mənasında.
Gent.az arıqlamaq istəyənlərə 5 məsləhəti təqdim edir.
1. Özünüzü qınamaqdan əl çəkin. Bu, depressiyaya düşməyinizə və daha çox yeməyinizə səbəb ola bilər. Özünüzə anlayışla yanaşın. Məlum məsələdir ki, bayram günlərində çeşidli yeməklərlə yanaşı, hərəkətsizlik də öz təsirini buraxır. Enerji sərf olunmur, orqanizm dincəlir. Öncəki həyat tərzinə qayıtdıqda artıq kilolar da yox olacaq.
2. Gün ərzində 3 saat fasilə ilə 5-6 dəfə, kiçik porslarla yemək yeyin. Bu, maddələr mübadiləsini yaxşılaşdırır. Nəticədə, yedikləriniz daha rahat həzm olunur.
3. Faydalı karbohidratlar qəbul edin. Diyetoloqlar hesab edirlər ki, faydalı karbohidratlar yemək rasionunun 80 %-ni təşkil etməlidir. Bura taxıl məhsulları, qoz-fındıq, lobya, yulaf və s. daxildir.
4. Daha çox meyvə-tərəvəz yeyin. Onların tərkibindəki liflər mədə-bağırsaq traktının (həzm yolunun) işinə müsbət təsir göstərir.
5. Sağlam həyat tərzi sürün. Tətil zamanı özünüzü, necə deyərlər, "boş buraxmısınızsa", zəhlətökən artıq kiloları atmaq üçün idmanla məşğul olmaq, piyada yürüşlər etmək, bir sözlə, daha çox hərəkətdə olmaq ən yaxşı yoldur.
Bunlardan əlavə, arıqlamaq istəyənlər üçün daha öncə də dərc etdiyimiz 10 SADƏ QAYDAnı yenidən oxumağa dəyər.(big.az)