Kişi dərisinin müsbət tərəfi – daha qalın olmasıdır.
Həmçinin qadın dərsindən fərqli olaraq o daha çox kollagenə sahibdir. Başqa sözlə, nəm daha çox qala bilir, qocalmaq əlamətləri daha gec biruzə verir. Hətta 40 yaşında baxılmayan kiçi dərisi qadınla müqayisədə daha gənc görünə bilər.
Təəsüf ki, məhz buna görə kişilər düşünür ki, dərilərinə baxmasalar da olar. Lakin məhz dərinin qalın olması nəticədə əsas çatışmazlığıa çevrilir. Çünki kişidə yaranan qırışlarla mübarizə aparmaq dahaçətin olur.
Buna mütəmadi üzün qırxılmasını da əlavə etsən vəziyyət daha da ciddiləşir. Bu proses ilk növbədə göz oxşasa da, epidermisin hidrolipid baryerini pozur. Kiçik travmalar nəticəsində isə dəri daha çox mikroblarım hücumuna məruz qalır. Nəticədə dərinin yağlanması, sızanaqlar, iltihab adət halına gəlir.
Lakin düzgün addım atıldıqda dəriyinin dayanıqlılığını gücləndirmək, həmçinin onu daha da gəncləşdirmək olar.
Sizə “Clarins” brendinin bir sıra məsləhətlərini təqdim edirik:
Təmizləmə
Gündəlik təmizləmə prosesi çirki aradan qaldırmaqla sərt suyun təsiri ilə də mübarizə aparmalıdır. Dəriyə normadan artıq mineral hopduqda, epidermis bunu balanslaşdırmaq istəyir və nəmi dərinin içinə çəkir. Əgər gənclikdə dəri susuzluğa qarşı yaxşı dözürdüsə, 30 yaşdan sonra o qurulaşır, və dartılma hissi yaranır. Yuyunandan dərhal sonra üz qırxmağa başladınızsa mikritravmalar qaçınılmazdır.
Bunların qarşısını almaqda sizə yuyunmaq üçün nəzərdə tutulan “Nettoyant Visage” kremi kömək edə bilər. Bu gel dərini təmizləyərək onu qırxılma prosesinə də hazırlayır.
Lakin bu yetərli olmaya da bilər. Çünki sadalananlardan əlavə ölmüş dərini və dəri piyinin artıqlarını da təmizləmək lazımdır.
Buna görə də həftədə bir-iki dəfə təmizləyici və soyulmaya qarşı olan “Nettoyant Exfoliant” vasitəsindən istifafə etmək lazımdır.
Sözsüz ki, dərini tam olaraq mikrotravmalardan qorumaq mümkün deyil, lakin bunun riskini azaltmaq realdır.
Bunun üçün lazım olan minimum – üz qırxılması üçün lazım olan xüsusi kosmetik: köpüklər, gellər, losyonlar və s. Lakin əlavə vasitələrin istifadəsi səmərəliliyi daha da artıracaq.
Tükünüz qalındırsa, üz qırxmaq prosesi uzanır, daha çox güc sərf etməli olursunuz, bir yeri iki dəfə qırxmaq məcburiyyətindəsiniz. Bunun qarşısını “Huile de Rasage” yağı ala bilər. O, tükləri yumşaldır, dəridə qoruyucu baryer yaradır və onu hamarlaşdırır. Yağı ayrı və ya üz qırxmaq üçün köpükdən öncə istifadə etmək olar.
Üz qırxılandan sonra isə sizin köməyinizə “Fluide Après-Rasage” kremi gələbilər. Bu kremi tez-tez istifadə etdikdə dəri ülgücün təsirinə daha çox davam gətirir.
Nəmləşmə və müdafiə
Qeyd etdiyimiz kimi kişi dərisi daha gec qocalır.Buna görə də orta yaşlı insanlar müvafiq kosmetikadan istifadə etməsələr də olar. Lakin dərinin gənc qalmasına kömək etmək zəruridir.
Bundan əlavə, dərinin sağlam və gümrah görünməsi üçün siz üç şərtə riayət etməlisiniz.
Birinci şərt
Dərinin nəmliliyini qorumaqdır. Bunun üçün sizə “Baume Super Hydratant” üz balzamı lazımdır. Bu balzam hətta ən ekstremal şəraitdə dərini nəmləndirir və gücləndirir. Onu səhər və axşam sürmək lazımdır.
İkinci şərt
Dərini ultrabənövşəyi şüaların, azad radikalların və çirklənmənin təsirindən qorumaqdır. Bunların hamısı dərinin sürətlə qocalmasına yol açır. Dəri daha sönük olur və elastikliyini itirir. Bunların qarşısını almaqda isə sizə “UV PLUS Anti-Pollution SPF 50” fluid-qoruyucu ekranı kömək edə bilər.
Üçüncü şərt
Gözlərin ətrafındakı daha nazik dərini qorumaq və baxışı daha parlaq etmək. Gözlərin altındakı qara torbaları və şişləri aradan qaldırmaq üçün “Sérum Défatigant Yeux” vasitəsini istifadə edin. Bundan əlavə, bu vasitə qocalmanın ilkin əlamətləri ilə də mübarizə aparır.