"Apple" şirkətinin ilk kompüteri hərraca çıxarıldı - Qiyməti...

Qadjetlər1 dəq oxu
"Apple" şirkətinin ilk kompüteri hərraca çıxarıldı - Qiyməti...

"Apple" şirkətinin ilk və orijinal kompüterlərindən olan "Apple 1" hərraca çıxarılıb.

Gent.az xəbər verir ki, Steve Jobs tərəfindən hazırlanan kompüter "eBay" hərracında satışa çıxarılıb. 1976-cı ildə istehsal olunmuş cihaz tam işlək vəziyyətdədir. Nadir əşyalardan hesab olunan bu kompüter hərraca 1,5 milyon dollar qiymətinə çıxarılıb.  

Kompüterin indiki sahibi onu 1978-ci ildə alıb. 

Qeyd edək ki, "Apple 1" "Apple" şirkətinin istehlakçılara təqdim etdiyi ilk məhsul olub. 

"Apple" şirkətinin ilk kompüteri hərraca çıxarıldı - Qiyməti... — şəkil 1

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan