“Facebook”, "İnstagram" və "WhatsApp" - Bütün platformalar birləşəcək

Qadjetlər1 dəq oxu
“Facebook”, "İnstagram" və "WhatsApp" - Bütün platformalar birləşəcək

“Facebook” gələcəkdə bütün platformaları birləşdirəcək.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, “Facebook”, “İnstagram” və “WhatsApp”ın çat bölməsi birləşdirilir.

Bu üç platforma öz daxilində bir mesajlaşma xüsusiyyətinə sahib olunacaq.

Belə ki, “İnstagram”dan ayrılmadan dostlarla “Facebook” və “WhatsApp” üzərindən də danışmaq mümkün olacaq.

Mesajlaşma baxımından “İnstagram” və “Facebook”u birləşdirmək çətin deyil. “WhatsApp”ın tətbiqi isə telefon nömrəsi ilə mümkündür.

Nömrənizlə “Facebook” və ya “İnstagram” da nömrənizlə qeydiyyatdan keçmisinizsə, “WhatsApp”la da əlaqə saxlaya bilərsiniz.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan