"Nokia" məşhur telefonu yenidən istehsal edəcək

Qadjetlər1 dəq oxu
"Nokia" məşhur telefonu yenidən istehsal edəcək

“HMD Global” şirkəti düyməli “Nokia” telefonunun yeni versiyasını istehsal edəcək.

Gent.az xəbər verir ki, bu telefon 2003-cü ildə təqdim edilən “Nokia 3650”-nin yenilənmiş versiyası olacaq. Əfsanəvi telefon qeyri-adi dizayna malikdir.Telefonun klaviaturası aşağı hissədə və dairəvi formada olacaq.

Qiyməti barədə dəqiq məlumat verilməyən telefonun nümayişinin yaxın həftələrdə keçirilməsi planlaşdırılır.

"Nokia 3650" modeli 2003-cü ilin fevralında satışa çıxarılıb. Telefon 176х208 piksel təsvir ölçülü ekrana, 4 giqabaytlıq yaddaşa malik olub.  

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan