Azərbaycanda internetin sürəti dəyişdi: 1 pillə irəli, 5 pillə geri

Qadjetlər1 dəq oxu
Azərbaycanda internetin sürəti dəyişdi: 1 pillə irəli, 5 pillə geri

Bu ilin oktyabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə dünya ölkələri arasında 1 pillə irəliləyərək 123-cü yerdə (181 ölkə arasında) qərarlaşıb.

Bu barədə məlumat “Speedtest Global Index”in hesabatında yer alıb.

Bildirilib ki, ötən ay ölkədə sabit genişzolaqlı internetin orta sürəti 15,48 MB/S olub.

Mobil internetin sürətinə görə 5 pillə geriləyən ölkəmiz 29,61 MB/S sürətlə 61-ci pillədə qərarlaşıb.

Sabit genişzolaqlı internetin sürətinə görə birinci yerdə Sinqapur (181,11 MB/S), mobil operatorlarla bağlı siyahıda isə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (130,19 MB/S) qərarlaşır.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan