"Twitter" prinsiplərini dəyişir – Yeni rəhbərin ilk qərarı

Qadjetlər1 dəq oxu
"Twitter" prinsiplərini dəyişir – Yeni rəhbərin ilk qərarı

"Twitter" şirkəti yeniden təşkil olunacaq.

Korporasiyanın yeni rəhbəri Paraq Aqraval əməliyyat sərtliyinin yuxarıdan başlamalı olduğunu deyərək şöbələrin formalaşması prinsiplərini dəyişdirib.

Qeyd edilib ki, baş mühəndis Maykl Montano və baş konstruktor Dantli Devis şirkəti tərk edəcəklər.

P.Aqraval bu addımını qərarların aydın qəbul edilməsi, hesabatlılığın gücləndirilməsi və icranı sürətləndirmək istəyi ilə əlaqələndirib.

Qeyd edək ki, "Twitter"in qurucusu Cek Dorseyin istefasından sonra yerinə Paraq Aqraval gəlib. Bu isə şirkətin səhmlərində əvvəl yüksəlişə, sonradan isə kəskin enişə səbəb olub. Hazırda şirkətin dəyəri 20 faiz ucuzlaşıb.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan