Bill Qeyts ən rahat smartfonu açıqlayıb
"Microsoft"un yaradıcısı Bill Qeyts ən rahat smartfonun "Samsung Galaxy Z Fold 3" olduğunu deyib.

Gent.az xəbər verir ki, o, özünün də məhz bu smartfondan istifadə etdiyini bildirib.
"Mənim Android smartfonum var - bu, Galaxy Z Fold 3-dür. Müxtəlif cihazları sınamışam. Belə bir ekran mənim üçün həm əla portativ kompüteri, həm də telefonu əvəz edir", - milyarder qeyd edib.(oxu.az)






