"iPhone 15" modelinin özəllikləri açıqlanıb

2023-cü ildə buraxılacağı deyilən "iPhone 15 Pro" və "15 Pro Max" flaqman smartfonlarının yenilənmiş prosessoru və təkmilləşdirilmiş kamerası olacaq.

Qadjetlər1 dəq oxu
"iPhone 15" modelinin özəllikləri açıqlanıb

Bu barədə "TrendForce" analitika şirkətinin hesabatında məlumat verilib.

Gent.az xəbər verir ki, analitiklərin proqnozlarına görə, "Apple" gələn il "iPhone 15"in 4 modelini təqdim edəcək. Hər iki flaqman modeli "A17 Bionic" çipini alacaq. Bundan əlavə, "iPhone 15 Pro" və "15 Pro Max" 8 GB operativ yaddaşla təchiz ediləcək. Hazırda bu rəqəm cəmi 6 GB təşkil edir.

Həmçinin hesab edirlər ki, məhz "iPhone 15" seriyasında USB-C ilə bağlantı üçün elektrik açarı olan ilk "Apple" smartfonları çıxacaq.

Bununla yanaşı, mütəxəssislər proqnozlaşdırır ki, "iPhone 15 Pro Max"ın əsas kamerası ilk dəfə olaraq 10x optik zum təmin edən periskop obyektiv əldə edəcək.(big.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan