“Microsoft Word” redaktorunda mətn faylını şifrləməyin asan üsulu barədə məlumat verilib.
Gent.az xəbər verir ki, ABŞ-ın “Business Insider” nəşri şifrləmə funksiyası məxfi informasiyaları qorumaq istəyənlər üçün faydalıdır. Bu proses olduqca asandır.
“Word” redaktorunda lazım olan faylı açmaq, "Fayl" vərəqinə keçmək, "Məlumatlar" bölməsindən "Sənədin qorunması" bəndini və açılan pəncərədən "Parolla şifrləmə" bəndini seçmək lazımdır. Bundan sonra ekrana çıxan pəncərədə parol daxil etmək, daha sonra onu təsdiq etmək lazımdır.
Bu prosedurdan sonra həmin fayl yalnız düzgün parol daxil edildikdən sonra açıla bilər. Nəşr bildirib ki, parol unudulduqda onu bərpa etmək mümkün deyil.