Sizə iOS və Android sisttemli telefonlara köçürülə bilən vacib zənglər simulyatoru, kabus radarı, pivə əvəzedicisi kimi qeyri-adi aplikasiyalar siyahısını təqdim edir.
Spoonr
Bu sözü “qucaqlaşmaq” kimi tərcümə etmək olar. Sözügedən aplikasiya vasitəsi ilə sənə ən yaxın məsafədə yaşayan və qucaqlaşmaq istəyən insanı tapa bilərsən.
Əsas odur ki, qucaqlaşmaq istədiyin insanların şəkli də var. Ona görə bu istəyində problem yaşamayacaqsan.
Run Pee
Bu aplikasiya isə kino pərəstişkarlarının imdadına çata bilər.
O, sən film izləyərkən ayaqyoluna getmək üçün ən doğru zamanı deyəcək. Beləliklə, sən kinonun ən maraqlı anlarını izləyə biləcəksən.
Pimple Popper
Günümzüdə artıq heç kimi virtual qabarcıqlı paketlə heç kimi təəcüblənirə bilməzsən. Amma virtual sızanaqlarla – mümkündür. Burada sən sızanaq partladaraq stresini ata bilərsən.
Fake Call
Bəzən bizə vacib zəngin gəldiyini göstərməliyik. Bu zamanlarda sizing imdadınıza məhz qeyd edilən aplikasiya gələcək. Burada çoxlu sayda müxtəlif seçimlər var. ABŞ prezidentindən tutmuş, anonym nömrəyədək zəng gələ bilər…
iBeer
Bu virtual pivə spirtli içki aludəçilərinin və uşaqların əyləncə mənbəsi olar bilər. Aplikasiyada artıq 9 yenilənmə olub. Buna görə də orada pivə ilə birlikdə başqa şeylər də tapmaq olar.
Lick the Icicle
Bu aplikasiya sayəsində sən telefonun ekranında buz lüləsini yalaya bilərsən. Yaladıqca o əriyəcək. Bəlkə də kiminsə bundan xoşu gəlir.
Əsas məsələ, bu işi görəndən öncə telefonun ekranınızı steril salfetlərlə yaxşı-yaxşı silin. Bu pandemiya dövründə təmizlik daha da zəruridir. Bir də, çalışın bunu cəmiyyət içində etməyin, sizi yanlış anlaya bilərlər.
Crack My Screen
Smartfonun çox yeni görsənir? Qorxursan ki göz dəyər? Problem deyil. Bu aplikasiyanı yüklə və rahatlaş. Çünki o ekranın üzərində yalançı çatlar və qırıqlar əmələ gətirir.
Ghost Radar Ultimate
Kabuslara, ruhlara inanırsansa, bu əsl sənin malındır. Təsisçiləri iddia edir ki, aplikasiya telefonun fərqli sensorlarını istifadə edərək ətrafınızda kabus axtarır.
Fake-An-Excuse: Hangup Now!
Bu aplikasiyanın məqsədi – istəmədiyin insandan zəng gələndə telefonu açıb, danışmamaq üçün bir bəhanə gətirməkdir. Burada sənin yalanını daha inandırıcı edəcək 45 real səslər mövcuddur. Ona görə də, rhat şəkildə “Sükan arxasındayam”, “Xəstəxanadayam”, “Liftdəyəm”, “Meşədəyəm” kimi yalanlar uydura bilərsən.
Places I`ve Pooped
Bu aplikasiya ayaqyoluna getdiyin yerləri sistemləşdirməkdə əvəzsiz rol oynayır.
Başqa sözlə ayaq yoluna getdiyin bütün yerlərdə “chek in” edirsən, şərh yazırsan, vəziyyəti ağır insanlar isə artıq özlərini harda rahatlaşdırmaq barədə yoldan keçənlərə sual vermir.