Bu barədə məlumat "Apple"ın internet saytında iPhone əməliyyat sistemi iOS-un ən son versiyası ilə bağlı "iPhone üçün vacib təhlükəsizlik məlumatı" başlığı altındakı məqalədə yer alıb.
Gent.az xəbər verir ki, Apple istifadəçilərə cihaz işlək vəziyyətdə və ya enerji mənbəyinə qoşulmuş halda olan zaman, enerji adapteri və ya simsiz şarj cihazı ilə uzun müddət dəri təmasından qaçmaq üçün çağırış edir".
Xəbərdarlıqlarda cihazın enerji təchizatına qoşulmuş şarj kabelinin və birləşdiricisinin dərisi ilə uzun müddət təmasda olmanın və cihazın havalandırılmayan yerlərdə şarj edilməsinin "narahatlığa və ya yaralanmaya səbəb ola biləcəyi" vurğulanıb.
"Bu şəkildə yatmayın"
İstifadəçilərə cihazlarını, simsiz şarj alətini və ya enerji adapterini yorğan, yastıq və ya bədən altına qoymamaq və bu şəkildə yatmamaq tövsiyə olunub.(baku.ws)