Əlavə səs-küyün qarşısını alan ən yaxşı qulaqlıqlar

Qadjetlər2 dəq oxu
Əlavə səs-küyün qarşısını alan ən yaxşı qulaqlıqlar

Səfərlər bəzən cansıxıcı ola bilər. Bu vəziyyətlərdə isə köməyimizə musiqi çatır. Lakin musiqini nə ilə dinlədiyiniz də önəmlidir, elə qulaqlıqlar var ki, qulaq zövqünüzü pozur, musiqinin keyfiyyətini aşağı salır. Bu gün səs keçirməyən xüsusiyyətləri ilə diqqət çəkən qulaqlıqlardan danışacağıq:

"Sennheiser PXC 550"

Əlavə səs-küyün qarşısını alan ən yaxşı qulaqlıqlar — şəkil 1

"Sennheiser"in özəl olaraq səyahət edənlər üçün hazırladığı bu qulaqlığın istifadəsi görünüşünün əksinə, olduqca rahatdır. "Bluetooth" xüsusiyyəti və birinci sinif səs keyfiyyəti ilə bu qulaqlığı mütləq sınamalısınız.

Almaq üçün klikləyin

"Bose QuietComfort 23 II"

Əlavə səs-küyün qarşısını alan ən yaxşı qulaqlıqlar — şəkil 2

Səyahət üçün ən yaxşısını istəyirsinizsə, doğru qulaqlığı tapdınız. Səs-küyün qarşısını almaq üçün ən uyğun izolyasiyaya sahib olan bu qulaqlıq yüngül, rahat və istifadəsi asandır.

Almaq üçün klikləyin

"Sony WH-1000XM2"

Əlavə səs-küyün qarşısını alan ən yaxşı qulaqlıqlar — şəkil 3

Ən inkişaf etmiş səs əngəlləmə xüsusiyyətinə sahib olan "Sony"nin bu modeli səyahətçilərin ilk seçimi olmalıdır. "Bluetooth" xüsusiyyətindən əlavə, qulaqlıq tam batareya ilə 30 saata qədər işləyə bilir və bir qulaqlıqda ehtiyac duyduğunuz hər şeyi təmin edir.

Almaq üçün klikləyin

"Bowers and Wilkins PX"

Əlavə səs-küyün qarşısını alan ən yaxşı qulaqlıqlar — şəkil 4

İstər təyyarədə, istərsə də qatarda bu qulaqlıqdan istifadə edərək xaricdən gələn səslə əlaqənizi tamamilə kəsəcəksiniz. O, səs keçirməyən xüsusiyyəti ilə səyahətlərdə xilaskarınıza çevriləcək.

Almaq üçün klikləyin

"Microsoft Surface Headphones"

Əlavə səs-küyün qarşısını alan ən yaxşı qulaqlıqlar — şəkil 5

Təsirli əlavə səsin qarşısını almaq xüsusiyyətinə sahib olan bu model "Microsoft"un ən yaxşı işlərindən biridir. Səyahətiniz boyunca yanınızdan ayırmaq istəməyəcəyiniz qulaqlıq uğurlu xarici dizaynı ilə də seçilməyi bacarır.

Almaq üçün klikləyin

"Dolby Dimension"

Əlavə səs-küyün qarşısını alan ən yaxşı qulaqlıqlar — şəkil 6

"Dolby" səs sistemləri ilə adını geniş kütləyə tanıtmış markadır. Bu məqaləmizdə məşhur brendin qulaqlığına yer verməsəydik, olmazdı. Ən yüksək keyfiyyətli qulaqlıqlardan biri olan "Dolby Dimension" təkcə səsi ilə deyil, dizaynı ilə də adından söz etdirməyə davam edir.

Almaq üçün klikləyin

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan