Bir çox kişi və qadın insanın cəlbedicilik qabiliyyətinə ciddi zərbə vuran pivə qarnı daşıyır. Pivə qarnından xilas olub ideal presi necə əldə etmək olar? Qızların qarşısında özünü göstərmək üçün çəmirlik zamanını gözləmə, elə indi pres yığmağa başla.
Bir çoxumuz pivəni və ləzzətli yeməkləri sevir. Lakin illər keçdikcə bunun fəsadları özünü biruzə verir. Metabolizm yavaşlayır, artıq qalan kalorilər isə amansızcasına qarında yığılmağa başlayır. Pivə qarnından necə xilas olmaq olar? İlin 365 günü əla formada olmaq üçün nə etmək lazımdır?
1.Öz qida normanı müəyyənləşdir
Eybəcər, sallaq qarından xilas olmaq istəyirsənsə, mətbəxtdən başla. Hər bir insanın özünəməxsus gündəlik qida və kalori norması var. Arıqlamaq istəyirsənsə, qəbul etdiyindən daha çox israf etməlisən. Başqa sözlə kalori səviyyəsini aşağı endirmək lazımdır. Ortalama olaraq kişi gündə 1700-2000 kalori qəbul etməlidir. Arıqlamaq üçün isə 1500 kalori lazımdır. Qadınlar üçün bu göstərici 300-400 kalori aşağı olacaq. Kalori azalması fonunda qarın göz önündə əriməyə başlayacaq.
2. Spirtli içkilərdən uzaq durmağa çalış
“Pivə qarnı” ifadəsi boş yerə istifadə edilmir. Çünki onun əsas səbəbkarı məhz pivədir. Kiməsə çətin görsənsə də, spirtli içkilərin həcmini azaltmaq lazımdır. Hamıya məlumdur ki, yalnız pivənin birinci və ikinci bokalı dadlı olur. Ondan sonrası artıq vərdiş nəticəsidir. Həftədə iki dəfə bir-iki bokal pivə ən məsləhətlisidir. Əsk təqdirdə artıq qalan kalorilər qarin nahiyəsində yığılaraq piy qatı formalaşdırmağa başlayacaq. Qeyd etmək lazımdır ki, pivəxorlar arıqlamağı çətin bacarır.
3. İdmanla məşğul ol
Hətta yüngül fiziki təzyiqlər bu problemi aradan qaldırmaqda müsbət rol oynaya bilər. Həftədə iki-üç dəfə məşq et. Əgər idman həvəskarı deyilsənsə, qısa müddətlə daha çox məşq et.
İdman zalı, üzgüçülük, qaçış – bunlar artıq çəkidən qurtulmaq üçün yaxşı variantlardır. Bədəninin problemləri hissələri ilə bağlı məşqləri yaddan çıxartmayın. Söhbət pres əzələlərindən gedir. Mütəmadi məşqlər pivə qarnını qovub, gözlənilən ideal presı yol açacaq.
4. Daha çox istirahət et
Az yatdıqda, istirahət etdikdə və stresə düçar olduqda biz sürətlə çəki yığmağa başlayırıq. Gündə ən azı 7-8 saat yatmağa çalış, istirahət etməyə vaxt tap və ilk növbədə stresdən qaç. Bu sənə formaya düşməkdə kömək edəcək.
5. Düzgün qidalan
Eyni zamanda qida qəbul etməyə çalış, çünki bu zaman bədənin ehtiyat saxlamaq vərdişindən əl çəkəcək. Həmişə səhər yeməyini yaxşı ye, naharı isə yatmamışdan üç saat öncə et. Gecə vaxtı soyuducuya hücum etmək vərdişindən əl çək. Aclıq hiss edirsənsə alma və ya digər bir meyvə ye. Öz qida siyahına diqqətlə yanaş. Sən – sənin yediklərindən ibarətsən. Düzgün və sağlam qidanı seç. Daha az kalorili və yağlı yeməklərə üstünlük ver. Gücünü meyvə və tərəvəzə yönəlt. Sağlam qida daha yaxşı görünməyə yol açacaq. Özünü əla hiss edəcəksən.
Gördüyün kimi, o qədər də çətin deyil!