Arıqlamağa tələsmə!
Məlum olub ki, artıq çəkiyə malik insanlar, arıqların əziyyət çəkdiyi xəstəliklərdən sığortalanıblar.
Kök adamlar revmatoidli artritdən əziyyət çəkmir
Bu xəstəlik alimlər tərəfindən sonadək araşdırılmayıb. Lakin çox ciddi məsələdir, yüksək əlillik ilə xarakterizə edilir, müalicəsi isə ağrı simptomlarının azaldılması ilə bağlıdır.
Yaxşı xəbər ondan ibarətdir ki, bədən kütləsinin yüksək indeksi xroniki artritin inkişaf etməsi riskini aşağı salır. Aparılan araşdırmalar onu göstərib ki, artıq çəki sümüklərə daha çox təzyiq etsə də, artritin yaranması riski nədənsə azalır. Ola bilsin ki, orqanizm bu xsətəliyin qarşısını alan hormon ifraz edir.
Maraqlıdır ki, artıq çəki yalnız kişiləri artritdən qoruyur.
Kök insanlarda ahıllıq kəmağıllığı təhlükəsi yoxdur
Nəvvab Kuizbaş adlı britaniyalı professor sübut edib ki, artıq çəkiyə malik insanlarda qoca yaşlarında kəmağıllığın yaranması normal bədən kütləsinə malik insanlarla müqayisədə 18% azdır. Tədqiqatda 55 yaşdan yuxarı 55 milyon insan iştirak edib. Məlum olub ki, toppuş babalar, defisiti demensiyaya yol açan D və E vitamini çatışmazlığından əziyyət çəkmirlər.
Bir məsələ var ki, son hədd kökəlmədən əziyyət çəkənlər nadir hallarda uzun ömür yaşaya bilirlər, çünki onlarda ürək-damar xəstəlikləri, şəkər və hipertoniya daha çox olur. Lakin yaşaya bilsələr, zehin aydınlıqlarını itirmirlər.
Kök adamların əla immuniteti var
Çikaqolu sitoloq-alimlərin araşdırmaları göstərib ki, piy ehtiyyatları orqanizdmə birbaşa hüceyrə səviyyəsində immun sistemi ilə təmasa girir və yüklənmələrlə mübarizədə kömək edirlər. Qarın nahiyəsində yığılan piy isə hüceyrələrin regenerasiyasını sürətləndirir. Ona görə də kök adamın bədənində, cızıqlar, kəsiklər və sair arıqlarla müqayisədə daha tez sağalır.
Bu xüsusda, 38 dəfə bıçaqlanan Denni Rossu, 6 metr hündürlükdən düşərək burnu belə qanamayan Qerhard Ştayneri və 8 güllə yarası almış Lourens Belli qeyd etmək olar. Bütün bu hadisələrdə piy qatı zdələrdən qoruyan sədd rolunu oynamışdı.
Kök insanlarda regenerasiya daha yaxşı inkişaf edib
Piy insan bədənini infeksiyalardan, mikroblardan, 38 mm-lik güllərdən qoruyur və sağalanda imdadına çatır. Xəstə olduğun zaman orqanizm daha çox enerji tələb edir. Hardasa artıq çəki regenerasiya prosesini sürətləndirən katalizator rolunu oynayır. Piy toxumaları bədənin müdafiə mexanizmlərini yaxşılaşdırır, onlara energetik ehtiyyat və iltihaba qarşı vasitələr verir.
Kök insanlar müxtəlif xəstəliklərə daha meyilli olsa da, normal çəkili insanlarla müqayisədə onların bu xəstəliklərdən ölmə şansı daha azdır.
Məsələn, ürək-damar xəstəliyindən əziyyət çəkən insanlarda ölmək riski normal çəkili insanlarla müqayisədə 4 dəfə azdır.