Nar şirəsinin dölün sağlamlığına faydası

ABŞ-da alimlərin apardığı araşdırma nəticəsində məlum olub ki, nar şirəsi hamilə qadınlarda dölü bətndaxili inkişaf müddətində beyin zədələrindən qoruyur.

Qidalanma1 dəq oxu
Nar şirəsinin dölün sağlamlığına faydası

ABŞ-da alimlərin apardığı araşdırma nəticəsində məlum olub ki, nar şirəsi hamilə qadınlarda dölü bətndaxili inkişaf müddətində beyin zədələrindən qoruyur.

Medicina.az xəbər verir ki, araşdırma “Scientific Reports” dərgisində dərc edilib.

Qeyd olunur ki, araşdırmada nar şirəsinin qəbul həcminə görə bir neçə qrupa bölünən 99 hamilə qadın iştirak edib.

Aparılan MRT (Maqnit rezonans tomoqrafiya) müayinəsi nəticəsində məlum olub ki, polifenolla zəngin nar şirəsi bətndə körpənin mərkəzi sinir sistemini qoruyur.

Qeyd edək ki, polifenollar badam, giləmeyvə, qırmızı şərab və çay da daxil olmaqla bəzi qida və içkilərin tərkibində olan antioksidanlardır.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan