Hamımız şirniyyatın insan orqanizminə nə qədər ziyan vurduğunu bilirik.
Buna baxmayaraq, alimlər bəzi şirniyyatların orqaniz üçün xeyirli olduğunu sübut ediblər. Xüsusən də, əgər o şirniyyatda şəkər yoxdursa.
Alimlər bu qənaətə gəliblər ki, tərkibində kakao miqdarı yüksək olan qara şokolad beyin fəallığını gücləndirir və immun sistemini gücləndirir.
Bunu sübut etmək üçün alimlər kakaonun insan orqanizminə necə təsir etdiyini araşdırıblar.
Nəticədə məlum olub ki, tərkibində çoxlu kakao (ən azı 70%) olan şokolad gündəlik olaraq yeyildikdə imunitetə xeyir verir.
Şokolad, orqanizdə təhlükəyi qarşı immun sisteminin reaksiyasına cavabdeh olan T-hüceyrələrin aktivasiyasını stimullaşdırır. Bundan əlavə, alimlər şokoladın koqnitiv bacarıqları yaxşılaşdırdığını düşünür. Şokolad yedikdə insanlar daha tez öyrənir və lazım olan məlumatı yadda saxlaya bilir.
Araşdırma zamanı məlum olub ki, beyinin qamma sahədə aktivliyi 20-100 herz artır.
Müəyyən edilib ki, şokolad sensor və neytron alqılamasında iştirak edən genləri dəyişdirir. Daha əvvəl isə alimlər kakao və üzümdə rast
gəlinən fenol maddələrin virusaqarşı effektə malik olduğunu təsbit ediblər.
Beləliklə, yuxarıda qeyd olunanlar ən azı 70% kakaodan ibarət olan şəkərsiz şokolada aiddir.