Avstarliyalı mütəxəssislərin apardığı araşdırmalar göstərib ki, az miqdarda tünd şokolad yemək həqiqətən də əhvala təsir edir: bu məhsulun tərkibində olan polifenollar insanı sakitləşdirir və məmnunluq hissi yaradır.
Suinbern Texmoloji Universitetinin elmi işçiləri kakaoda olan polifenlərin insanın koqnitiv funksiyalarına və əhvalına necə təsir etdiyini araşdırıblar. Araşdırmalarda 40-65 arası hər iki cinsi təmsil edən 72 könüllü iştirak edib. Onlar ay ərzində fərqli polifenol tərkibinə malik (0-dan 500 mq-dək) şokolad içkisi qəbul ediblər.
Məlum olub ki, polifenol koqnitiv funksiyaya praktiki olaraq təsir etmir. Lakin əhval ilə bağlı göstəricilər tamamilə başqa olub: demək olar ki, onların hamısının kefi müsbət tərəfə dəyişib. 30 gün ərzində 500 mq polifenol tərkibli içki içən şəxslər daha məmnun olduqlarını etiraf ediblər.
Lakin mütəxəsisslər bu məmnunluğun səbəbinin polifenol olduğundan əmin deyillər. Ola bilsin ki, adi 30 gün ərzində pulsuz içki içmək imkanı onların əhvalına müsbət təsir edə bilər.
Həmçinin, dietoloqlar qeyd edir ki, şokoladı normada yemək lazımdır. Əks təqdirdə o insana zərər verə bilər. Bundan əlavə, ağ şokolad tamamilə faydasız sayılır, çünki onun tərkibində polifenol minimal səviyyədədir.