Əgər harasa tələsirsənsə, lakin acından gözlərin qaralır, odlquca ziyanlı və təhlükəli fastfud yeməklərini yeməyə məcbursan.
Biz isə sənə tez-bazar, lakin xeyirli qida növlərini təqdim edirik.
Vaxt var idi ki, yolda qaçarkən metro yanında “şaurma” kimi yeməklərdən başqa fastfuda rast gəlmək mümkün deyildi. Lakin o günlər artıq arxada qaldı və artıq tez, dadlı və sağlam yemək yerləri az deyil.
1-ci yol
Supermarketdə hazır sendviç və salat al. Tələsən insan üçün bu ən sağlam yeməklərdən biridir. 10 dəqiqəyə bitirəcəyin bu menü səni aclıq hissindən xilas edəcək.
2-ci yol
Roll və ya sendviçli kofe. Müsbət tərəfləri: tez və olduqca dadlı. Mənfi tərəfləri: azdır, isti yeməyi gözləməyə vaxt yoxdur.
3-cü yol
Ev yeməklərinin hazırlandığı iaşə obyektləri. Burada bir neçə dəqiqə ərzində sənə əvəlik, toyuq şorbası və ya borş, bundan əlavə ətli qutab və sair ev yeməkləri hazırlaya bilərlər.
Əsas odur ki, həmin yeməklərdə boya, konservant, kimya yoxdur. Orqanizminə dəyən ziyanı isə tələsdiyin yerə piyada gedərək (idman edərək) ödəyə bilərsən.