Vaşinqton Universiteti yanında Sağlamlıq göstəriciləri və qiymətləndirilməsi İnstitutunun əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, hər beşinci erkən ölümün səbəbi balanslandırılmamış qıdadır.
Bu araşdırmanın nəticələri “The Lancet” adlı mötəbər tibbi jurnalda dərc edilib.
Alimlər 195 ölkənin 25 yaşdan yuxarı sakinləri barədə 1990-2017-ci illərlə bağlı məlumatlaı toplayaraq ömrün qısalmasına və ölümlə nəticələnən qeyri-infeksion xəstəliklərə (ürəyin işemik xəstəlikləri, diabet və kolorektal xərcəng) təsir edən bir sıra amilləri müəyyən ediblər.
Birinci növbədə söhbət qidada aşırı dərəcədə duzun olmasında gedir – hər il dünyada 11 milyon insan bunun qurbanı olur. Bundan əlavə bu siyahıya növbəti amillər də daxil edilib: meyvə, qida fiberlərinin və dənli məhsulların çatışmazlığı, aşırı qırmızı, qazlı içkilərin içilməsi, kalsium və Omeqa-3 defisiti.
Hərtərəfli araşdırma aparmaq üçün alimlər böyük və mürəkkəb iş görüblər.
Nəticədə məlum olub ki, siqaretlə müqayisədə zərərli qida hər il dünyada daha çox insanın ölümünə səbəb olur.
ÜST-ün verdiyi məlumata əsasən, dünyada hər il 7 milyon insan siqaretdən öldüyü halda, zərərli qida ilə bağlı analoji göstərici, ən yaxşı halda, yuaxarıda qeyd edildiyi kimi 11 milyon civarındadır.