Bəziləri deyir ki, zərərlidir amma ac qalmaq yerinə, az da olsa yeməj yeyərək günün sonunadək enerjili olmaq daha önəmlidir.
Lakin ayaqda olarkən, insanın qanı bildiyiniz kimi ayaq tərəfə axmağa başlayır. Bu isə, öz növbəsində, həzm prosesinə mane olur.
Digərləri bunun əksini iddia edir
Ayaq üstə qida qəbul edərkən bu prosesi daha sürətli edirsən, həmçinin daha çox yemək yemiş olursan. Bir sözlə, söhbət bədənin hansı vəziyyətdə olmasından yox, qidanın sürətlə qəbul edilməsindən gedir.
Verdikt: zərərli deyil
Ayaqüstə və ya yeriyərkən yemək yeməyin yeganə problemi var. Məhz harasa tələsən insan bu cür qida qəbul etməyə məcbur olur və hər zaman tələsərək udduğu qidadan boğulmaq riski yaşaya bilər. Qastroenteroloji baxımdan isə bunun zərərli olması barədə bir şey deyilmir.