Ən gec xarab olan 6 ərzaq

Qidalanma2 dəq oxu
Ən gec xarab olan 6 ərzaq

Bu siyahıda qeyd edilən ərzaqları nəvələrinə miras kimi saxlaya bilərsən.

Çünki bəzi qida növləri var ki, onillərlə qaldıqda belə xarab olmur. Ona görə də, bu ərzaqları həmişə yadənda saxla.

Suda həll olunan kofe

Bu cür kofenin germetik paketdə saxlama müddəti 5 ildir. Lakin, onu otaq temperaturunda saxlasan bu müddət 20 ilədək uzana bilər. Soyuducuda saxlandıqda isə artıq bu içkini müddətsiz olaraq saxlamaq mümkündür.

Qeyd etmək lazımdır ki, 10 ildən sonra kofenin dadı istədiyin kimi olmayacaq. Amma dadsız kofe heçnədən daha yaxşıdır.

Quru süd

Bu ərzaq da soyuducuda uzun müddət qala bilər.

Ən gec xarab olan 6 ərzaq — şəkil 1

Onun saxlama müddəti tərkibindəki yağlılıqdan asılıdır. Yağlılıq nə qədər azdırsa, süd o qədər çox qalır. Belə halda o 20 il ərzində qida kimi qəbul edilə bilər.

Qurudulmuş və ya hisə verilmiş ət

Dədə babalardan bizə qalan basdırma, qaxac və adını bilmədiyimiz bu cür ət məhsulları bizi ac vaxtlarda xilas edə bilər.

Ən gec xarab olan 6 ərzaq — şəkil 2

Sözsüz ki, müddət keçdikcə ətin dadı xarab olur, acılaşır. Lakin bir balaca qaxac və ya bastırma insana bir və ya bir neçə günlük enerhi verə bilər.

Qalet (quru çörək)

Bu da uzun müddət xarab olmayan və hazırlanması asan olan qida növlərindən biridir.

Ən gec xarab olan 6 ərzaq — şəkil 3

Qeyd etmək lazımdır ki, yaxın keçmişədək qaletlər bir çox ordunun səhra rasionunun ayrılmaz hissəsi olub.

Bərk spritli içki

Likyor kimi içkilər bir neçə ilə yararsız olduğu halda viski, cin, rom, tekila və vodka kimi spritli içkilər əbədi olaraq saxlana bilər.

Çaxır isə ümumiyyətlə qısa müddətə xarab olur: ağ – təxminən iki, qırmızı – 10 ilə.

Ən gec xarab olan 6 ərzaq — şəkil 4

Bal

Bu gələcəkdən bəşəriyyət üçün göndərilmiş çox dəyərli nemətdir. Başqa cür əbədi olaraq qala bilən faydalı maddələr xəzinəsini necə izah etmək olar?

Yüksək şəkər səviyyəsi, aşağı su və turşuluq səviyyəsi ilə bağlı balda heç vaxt maya göbələyi və bakteriya olmur. Ona görə də bal dünyanın ən ideal konservantlarından biri sayılır. Minillər boyu insan balı ən sağlam və keyfiyyətli qida növü sayıb və sayır.

Ən gec xarab olan 6 ərzaq — şəkil 5

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan