Çəki artırmaq istəyənlərin nəzərinə

Qidalanma1 dəq oxu
Çəki artırmaq istəyənlərin nəzərinə

Son zamanlarda çəki vermək istəyənlər kimi, çəki almaq arzusunda olanlar da problemlə üzləşir. Qeyri-sağlam qidaların qəbulu, orqanizmin tələblərini bilməmək, düzgün üsul və vasitələrin müəyyən edilməməsi bu prosesi daha da çətinləşdirir.

Fitness və Sport Nutritionist (qidalanma) mütəxəssisi Elnur Allahyarlı sağlam çəki almaq üçün aşağıdakıları əməl etməyə tövsiyə edir:

1.Bədəniniz yandırdığı kaloridən daha çox (300-500kk) Kalori qəbul edin, yəni hərəkət etdiyinizdən daha çox yeyin.

2.Daha çox yüksək Proteinli qidalar yeyin (yumrta, qırmızı ət, quş əti (toyuq hinduşka döş əti), balıq, paxlalı və ya lobya kimi bitkilər, aöartı məhsulları pendir, kəsmik və, s.)

3.Bol miqdarda karbohidrat və keyfiyyətli yağla qidalanın və gündə ən az 3-4 dəfə yeyin

4.İştahanızı artırmaq üçün ədviyyatlardan, souslardan, istifadə edin

5.Yeməkdən öncə su içməyin, bu, sizin mədənizin dolmasına, bu da öz növbəsində daha az qidalanmanıza səbəb olacaq

6.Rejimlə qidalanın və yatın bu "Qızıl qayda"dır. Hər gün eyni saatda yeyin və yatın

7.Fitness vəya hər hansı idman növü ilə məşğul olun bu sizdə daha çox kalori yandırdığınızdan iştah və güc artımı müşahidə edəcəksiz

8.Kökəlim deyə necə gəldi, nə gəldi yeməyin, sizdə yalnız piy və sağlamlıq problemi yaradacaq sağlam qidalara üstünlük verin

Bəs çəki ala bilməməyin səbəbi nələr ola bilər? Mütəxəssis bu suala da cavab verib:

1.Rejimsizlik ( Necə gəldi yemək və yatmaq)

2.Hər hansı ( Əsəb-stress, bədəndə qurdun olması, zob xəstəliyi və. s) sağlamlıq problemləri
Və ya nazik bağırsağın qlikogenə qarşı həssas olduğu və qidanı həzm etməkdə çətinlik çəkdiyi bir xəstəlik də ola bilər, bir çoxlarının bundan heç xəbəri də olmur

3.Metobalizmin sürətli olması və genetik qruluş
( bucür insanların az-az və tez-tez yemələri məsləhət görülür)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan