Hansısı daha pisdir – qırmızı çaxırla araq, yoxsa tekila ilə pivə? Sizə bu baxımdan ən təhlükəli miksləri təqdim edirik.
Çaxır + Pivə
Həm çaxır, həm də pivə - fərdiyyətçidilər: onlar orqanizmdə rəqib xoşlamırlar.
Onları qarışdırsan iki nəticə olacaq. Əgər mədən zəifdirsə, artıq taksidə ürəyin bulanacaq. Amma dəmir mədə sahibisənsə səhər daha ağır vəziyyətdə olacaqsan.
Qırmızı çaxır + ac qarın
Qırmızı çaxırın tərkibində olan taninlər mədənin selikli qişasını acımasızcasına qıcıqlandırır. Əgər bu orqan səndə zəifdirsə, artıq axşam qarınağrıları başlayacaq.
Mədən dözümlüdürsə, səhər başağrısı, ürəkbulanma və qaytarma səni gözləyir.
Tekila + pivə
Tekila əsl “poxmel” əjdahasıdır. Onun tərkibində olan aldeqidlər kompleksi (formaldeqid, asetaldeqid, diasetil, furfurol, 5-metilfurol) və həmçinin metil spirtinin qatqısı sənə “gözəl” səhər vəd edir. Pivə isə, yuxarıda qeyd etdiyimiz kimi rəqibə dözümsüzdür. İndi isə aqibətinizi təsəvvür edin...
Pivə + Siqaret + ac qarın
Bu sadə miks ən güclü “poxmel” səbəbkarıdır. Həddini aşdıqda isə artıq axşam sənə başağrısı və diareya problem yaradacaq. Pivənin tərkibində olan biloji fəal maddələr bağırsağın fəaliyyətini gücləndirir, siqaret isə susuzluğa və damarların daralmasına yol açır. Saatlarla tualetdə qalmaq istəmirsinizsə bu yolu sınamayın.
Pivə + araq
Qısacası: Əgər axşamın necə getdiyini və nələrin baş verdiyini bilmək istəmirsənsə pivə ilə arağı qat. Qısa zamanda artıq sən üzünü salata qoyub, mışıl-mışıl yatacaqsan. Bu miksi bədənə alan şəxs ən azı ömrünün iki gününü itirir.
Araq + qırmızı çaxır
Bu sadalananlar arasında ən təhlükəli miks məhz budur. Taninlər mədənin selikli qişasını qıcıqlandıraraq, bədəndən suyu əməcək, araq isə proseslər üçün əla katalizator rolunu oynayacaq.
Bunların hamısının qarşısını almaq üçün sadə bir məsləhət var. İçki süfrəsinə oturmusansa, içməyə nədən başlamısansa onunla da bitir. Və ən əsası həddi aşma!