Bir çox yerdə qadağan olunsa da cənubi və cənub-şərqi Asiyanın bəziy restoranlarına bu yeməyi sifariş etmək mümkündür.
Bu yemək o qədər qəddarcasına hazırlanır ki, heyvan müdafiəçiləri bunun birdəfəlik qadağan olunmasını tələb edirlər.
Resept 2000-ci illərin əvvəlində Tayvanda icad edilib. Hazırlanma qaydası asan olduğu qədər dəhşətlidir: Başına dəyməyərək balığının bədənini o qədər tez qızartmaq lazımdır ki, o tərpənsin.
Bunun üçün əsasən karp balığı istifadə edilir. Aşbaz sürətlə balığın pullarını soyur. Sonra karpın başını içinə buz qoyulmuş dəsmal ilə tutaraq, balığın gövdəsini qaynayan yaın içinə salır. Bu vəziyyətdə o, canlı maksimum iki dəqiqə ərzində qızardır.
Bundan sonra isə yeməyə qarnir və sous əlavə edilərək masaya verilir.
İnsanlar hələ də balığın yeyildiyi zaman diri və ya ölü olması barədə mübahisə edir.
Biriləri deyir ki, balığın gözlərinin və ağzının tərpənməsi spazmdan başqa bir şey deyil.
Digərləri isə iddia edir ki, balıq bu zaman sağ olur və inanılmaz ağrı yaşayır.