Bazarda haqsız rəqabət hallarının qarşısı alınacaq.
Gent.az xəbər verir ki, qtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti enerji içkiləri bazarında araşdırmalara başlayıb.
Məqsəd istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi hallarının qarşısının alınmasıdır. Yəni, enerji içkisi kimi təqdim olunan,əslində isə tərkibi lazımı maddələrlə zəngin olmayan içkilər monitorunq zamanı aşkar edilərək haqsız rəqabət aradan qaldırılacaq.
Qeyd edək ki, araşdırmalar Qida Təhlükəsizliyi Agentliyinin müraciəti, laborator müayinələrin nəticələri əsasında aparılır.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçıların mənafeyinə mənfi təsir göstərə bilən hərəkətlərin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.(Real Tv)