Keşyü, qoz, kedr tumu, badam kimi quru meyvələr çox qidalı və xeyirlidir.
Bu siyahıya paxlalılar sinfinə aid olsa da, özünü qoz kimi qələmə verməyə çakışan araxisi də daxil etmək olar.
Mütəxəssislər qeyd edirlər ki, quru meyvələrdə insan orqanizmi üçün zəruri olan çoxlu kalium, kalsium, maqnium, fosfor, dəmir və selen var.
Bundan əlavə onlarda Omeqa-3 kimi yağlı turşular mövcuddur.
Amma onları çoxlu yemək məsləhət görülmür. Həftədə bir-iki dəfə 35 qramlıq quru meyvə kifayət edər. Bundan əlavə, onları ayır bir məhsul kimi yeməyin.
Quru meyvələri süd və ya ət məhsulları ilə birgə yemək məqsədəuyğundur. Buğdalarla birgə isə (tort, keks və s.) quru meyvələri yemək hətta sizə zərər verə bilər.
Qeyd etmək lazımdır ki, bəşəriyyətin 1%-i quru meyvələri qarşı allergikdir.
Buna baxmayaraq, normasında yeyilən quru meyvələrin müsbət cəhətləri mənfi cəhətlərindən çoxdur.