Qızılbalığın idmançılar üçün nə qədər faydalı bir qida olduğu hər kəsə məlumdur. Əslində, yüksək protein tərkibli qızılbalıq sadəcə idmançılar deyil, hər kəs tərəfindən həftədə 2 – 3 dəfə istehlak edilməlidir. Əgər bu balığı bişirməyi çətin hesab edirsinizsə, yazımızı oxumağa davam edin, bütün kişilərin asanlıqla hazırlaya biləcəyi dadlı yeməyin reseptini sizinlə bölüşürük:
Məhsullar:
- 4 ədəd qızılbalıq filesi
- 1 ədəd rukola
- 1 yemək qaşığı zeytun yağı
- 1 yemək qaşığı limon
- bir az kəklikotu
- yarım qaşıq bal
- duz və istiot
Hazırlanması:
Əvvəlcə, sobanı 200 dərəcəyə gətirin. Qızılbalığı duz, istiot, kəklikotu ilə qarışdırın, zeytun yağı əlavə edin, sonra sobaya qoyub 10 dəqiqə qızardın. 10 dəqiqə sonra balığın yapışmadığından əmin olun, sobanın dərəcəsini 150-yə endirib yenidən sobaya yerləşdirin. Vaxt tamam olduqdan sonra balığın üzərinə bal, əkin indausu və limon suyu əlavə edin.
Yeməyiniz hazırdır. Nuş olsun!