Evdən işləyərkən aşırı yemək yeməyin qarşısını necə almaq olar: dietoloqun məsləhəti

Qidalanma1 dəq oxu
Evdən işləyərkən aşırı yemək yeməyin qarşısını necə almaq olar: dietoloqun məsləhəti

Evdə işləyənlərin bir çoxu öz mini-ofisini mətbəxdə qurur.

Buna görə də gün ərzində lazım olandan çox qida qəbul edirlər. Əlbəttə qurabiyyə masanın üstündə olduqda ona əl uzatmamaq mümkün olmur. Lakin bu vərdiş təhlükəli ola bilər.

Nəzarətsiz qida qəbulu aşırı yemək eməyə, ürəkbulanmaya və hətta mədə ağrılarına gətirib çıxara bilər. Belə nəticələrə varmamaq üçün bunu etmək lazımdır.

Dietoloqların məsləhətləri:

Ənənəvi qrafikə sadiq qalın

Evdən işləmək qəlyanaltıdan, nahardan və şamdan imtina etmək anlamına gəlməməlidir. Buna görə də, əvvəllər etdiyiniz kimi qida qəbul edin. Yəni əgərə işə gedərkən, yola sərf ediləcək yolu nəzərə alaraq, saat 07:30-da səhər yeməyi yeyirdinizsə, evdən işləyərkən də həmin vaxt qida qəbul edin.

Daha çox için

Aşırı yemək yemək orqanizmdə su çatışmazlığı ilə də bağlıdır. Bunun qarşısını almaq üçün hər saatdan bir su için. Qeyd etmək lazımdır ki, suyu başqa içki ilə də əvəz etmək olar. Lakin əsas şərt – tərkibində şəkərin olmamasıdır. Çay susuzluğu yatırır, qazlı su isə gücləndirir.

Ev yeməkləri hazırlayın

Aşırı qida qəbul edənlərin bir çoxu düşünür ki, iş qrafiki zamanı ev yeməyi hazırlamağa vaxt olmur. Əslində isə, uzaqdan işlmək Əmək müqaviləsinin bəndlərinə təsir etmir.

Ona görə də əməkdaşlar rahat şəkildə nahar fasiləsindən istifadə edə bilərlər.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan