İmtina etməli olduğun axşam vərdişləri

Qidalanma1 dəq oxu
İmtina etməli olduğun axşam vərdişləri

Cari günümüzdə həyat ritmimizi bir çox amil pozur.

Fikir vermədən, biz yuxumuzu pozmaq üçün özümüzə problemlər yaradırırq. Sizə bu pis vərdişləri təqdim edirik.

Çoxlu su içmək

Əlbəttə ki, yatandan öncə bir az su içmək pis olmaz. Lakin həddindən artıq su, çay və ya digər maye içmək xoşagəlməz nəticələrə yol aça bilər: tez-tez ayaq yoluna getmək, üzün şişməsi, səhər gözlərinin altında torbaların yaranması.

Siqaret çəkmək

İmtina etməli olduğun axşam vərdişləri — şəkil 1

Nəinki kofein, həmçinin nikotin orqanizmə stimullaşdırıcı təsir göstərir. Sürətlənmiş ürək döyüntüsü, yüksəlmiş qan təzyiqi və beyin fəaliyyətinin pozuntusu – siqaret çəkməyin nəticələridir. Və bu prosesslər insanı rahatlaşmağa qoymur. O, yatsa belə, yuxu qısa və narahat olacaq.

3. İdman zalında məşq etmək

Şübhəsiz ki, idmanla məşğul olmaq çox səmərəlidir. Məşqlər orqanizmi rahatlaşdırır və tez yuxuya getməyə zəmin yaradır. Lakin bu yatmazdan 3-4 (ən yaxşısı isə 6) saat öncə fayda verir. Lakin məşqdən dərhal sonra yatağa girsən, enerji ilə dolu orqanizm çətin ki yuxuya gedə.

4. Gadcetlərdən istifadə etmək

Təəsüf ki, müasir dünyanı planşetsiz, smartfonsuz və digər qadcetsiz təsəvvür etmək mümkün deyil. Lakin yatmazdan öncə bunlardan istifadə etmək məsləhət görülmür. Oxumaq üçün adi və ya elektron kitab daha məsləhətlidir.

5. İsti duş qəbul etmək

Bir çox insan gecə vannada uzanmağı və ya isti duşun altında durmağı xoşlayır. Onların firkincə bu yuxu gətirir. Lakin hər şey əksinədir.

Çünki isti su qan dövranını stimullaşdırır və qanı düz başa daşıyır. Beləliklə insanın tonusu yüksəlir və yuxu qaçır.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan