Ağ çörək insanı kökəldirmi? – Alimlərin ŞOK ARAŞDIRMASI

ABŞ-ın Arizona Universiteti alimləri karbohidratların istehlakı və atıq çəki arasındakı əlaqəni təkzib ediblər.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi “Advances in Nutrition” jurnalında dərc edilən məqaləyə istinadən yayıb.
Araşdırma müəlliflərinin fikrincə, yüksək qlikemik indeksə malik məhsullar çəkiyə təsir etmir. Belə məhsullardan nümunə kimi ərəb xurması, ağ çörək, düyü və kartof göstərilib.
İki milyona yaxın insan üzərində aparılan tədqiqatlar sübut edib ki, qeyd olunan məhsullarla qidalanan şəxslər artıq çəkiyə meyilli deyillər. Əksinə, yüksək karbohidratlı qidaların düzgün nisbətdə qəbulu sağlam çəkini saxlamağa köməklik edir.







