Qəhvəni nə vaxt içmək daha faydalıdır?

Bir çoxları qəhvəni çox sevirlər.

Qidalanma1 dəq oxu
Qəhvəni nə vaxt içmək daha faydalıdır?

Bəziləri hətta günü onsuz təsəvvür etmirlər.

Bəs hansı saatda qəhvə içsək, faydası daha çox olar?

Gent.az xəbər verir ki, ABŞ diyetoloqları qəhvə içməyin maksimal faydalı vaxtını açıqlayıblar.

Amerikalı həkim-diyetoloq Kristina Taul hesab edir ki, səhər içilən bir fincan qəhvə maddələr mübadiləsini yaxşılaşdıra, hətta arıqlada bilər.

Qəhvəni nə vaxt içmək daha faydalıdır? — şəkil 1

Mütəxəssis yuxudan oyananda acqarına bir stəkan limonlu su içməyi, yarım saatdan sonra isə bir fincan qəhvə ilə səhər yeməyini yeməyi məsləhət görür. Limonlu su mədədə düzgün qələvi mühit yaradacaq, qəhvə isə həm gümrahlıq, həm toxluq hissi bəxş edəcək.

Bir çoxları günün əvvəlində daha çox yemək istəyirlər, səhər yeməyində içilən qəhvə isə çox yeməməyə kömək edəcək", - deyə Kristinanın sözlərini həmkarı Liza Riçards təsdiqləyib.

O, şəkərsiz qara qəhvə içməyi məsləhət görür:

"Siz kaloriləri faydalı elementlərlə zəngin normal qidalardan almalısınız, çox şirin qəhvə isə boş kalorilərdən ibarətdir".

Lakin bunlara baxmayaraq, mütəxəssislər bütün gün ərzində aclığı qəhvə ilə yatırmağı məsləhət görmür, müntəzəm və balanslaşdırılmış qilalanmağı tövsiyə edirlər.(big.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan